AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari
8. Əmək xəsarətlərinin əsas səbəbləri Bunlar aşağıdakılardır:
Texniki
Təşkilati
Sanitar – gigiyenik
Psixo – fizioloji
Yanğın
Maddi.
Texniki səbəb. Buraya maşınların konstruksiyasındakı çatışmazlıq, nəqliyyat vasitələrinin nasazlığı, texniki müdafiə vasitələrinin nöqsanları, nasaz maşın və avadanlıqlardan istifadə edilməsi və s. daxildir.
Təşkilati səbəb. Buraya işin düzgün təşkil edilməməsi, əmək intizamının pozul-ması, işçilərə təlimatın aparılmaması, işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmaması və s.
Sanitar-gigiyenik səbəb. Buraya binalarda ventilyasiyanın, işıqlandırıcıların, qız-dırıcıların qüsurları, iş sahəsinin azlığı, iş yerlərinin anti sanitariya vəziyyətində olması və s.
Psixo-fizioloji səbəb. Buraya əsəb sistemində yaranan qeyri normallıq, gözlənil-mədən alınan fizioloji hal, orqanizmdəki qüsur və ya çatışmazlıqlar və s.
Yanğın səbəbi. Buraya yanğın təhlükəsizliyi qaydalarının pozulması, yanıcı ma-yelərin saxlanma qaydalarının pozulması, materialların öz-özünə yanması (alışması) texnoloji proseslərdə yanğın təhlükəsizliyi rejiminin pozulma və c.
Maddi səbəb. Buraya təbii fəlakətlərin baş verməsi (sel, zəlzələ və s.) ildırım burması, körpünün, qayanın uçması, buzun qırılması və s. daxildir.