Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


Təhlükəsiz işləmə metodu üzrə təlimat növləri, onlarin mahiyyəti və sənədləşdirilməsi



Yüklə 1,16 Mb.
səhifə13/114
tarix13.02.2022
ölçüsü1,16 Mb.
#114355
1   ...   9   10   11   12   13   14   15   16   ...   114
AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari

1. Təhlükəsiz işləmə metodu üzrə təlimat növləri, onlarin mahiyyəti və sənədləşdirilməsi.
Kənd təsərrüfatı istehsalatında bədbəxt hadisələrin xəbərdar edilməsi, fəhlə və qulluqçulara təhlükəsiz işləmə metodunun öyrədilməsi əsas təşkilat tədbirlərindən bi-ri hesab edilir.

Təlimatın aparılmasında Kənd təsərrüfatı nazirliyi fəhlə və qulluqçuların həm-karlar komitəsinin 31 may 1966-cı ildə təsdiq etdiyi əsasnaməsi rəhbər götürülür.

Təsərrüfatda əmək mühafizəsinə aid təlimatlar DÜİST 12.0.004-89 və SST 46.0.126-86-ya müvafiq olaraq aparılmalıdır. Bunlar aşağıdakılardır:

1. Giriş təlimatı.

2. Peşəsi üzrə təlimat.

3. Təkrar təlimat.

4. Növbədən kənar təlimat.

5. Məqsədli təlimat.



Giriş təlimatı. Bu təlimatı fəhlə və qulluqçulara yeni işə qəbul edilən zaman tə- sərrüfatın əmək mühafizəsi üzrə mühəndisi sahənin baş mütəxəssisi ilə birlikdə aparır.

Giriş təlimatına daxili əmək intizam qaydaları, yanğın təhlükəsizliyi, maşın və mexanizmlərə təhlükəsiz xidmət, elektrik avadanlıqları ilə işlədikdə diqqətli olmaq, xəsarət alana həkim gələnə qədər aparılan ilk yardım daxildir. Bundan başqa təsərrü-fatda alınan əmək xəsarəti haqqında misal gətirilir, giriş təlimatının sonunda isə əmək mühafizəsinə aid kino-film göstərilir.

Bu təlimat forma № 1 və forma № 1A ya yazılır.

Peşə üzrə təlimat. Bu təlimatda istehsalatda tətbiq edilən alətlərin, dəzgahların, avadanlıqların və habelə emal edilən məmulatın hazırlanmasında baş verə biləcək təhlükəli hadisələrə aid nəzəri izahat verməklə bərabər, bədbəxt hadisələrin baş ver-məsi halları əyani olaraq nümayiş etdirilir. İş yerində peşə üzrə təlimat keçirildikdən sonra fəhlə tərəfindən təlimatın necə mənimsənilməsini aydınlaşdırmaq məqsədilə onlara bir neçə sual verilir. Suallara lazımi cavab verənlər işə buraxılır. Bu təlimat forma № 2-yə yazılır.

Təkrar təlimat - bu təlimat müəssisə və təşkilatlarda icra edilən istehsalat pro-seslərinin xarakterindən asılı olaraq işçilərə 6 aydan bir təhlükəsizlik texnikasından aparılır və forma № 2-yə yazılır.

Növbədən kənar təlimat - texnoloji proseslər, əmək mühafizəsi qaydaları də-yişildikdə, alət, tərtibatlar modernləşdirildikdə, təhlükəsizlik tələbatları pozulduqda, təhlükəli işdə 30 gündən artıq fasilə alındıqda və başqa işlərdə isə 60 gündən artıq fasilə alındıqda növbədən kənar təlimat aparılır və forma № 2-yə yazılır.

Məqsədli təlimat -bu təlimat işə buraxıcı-naryad tələb olunan işlərdə işçilərə aparılır. Təlimat zamanı aldığı biliyi təlimat aparan tərəfindən yoxlanılır. Qeyri –qə-naət-bəxş biliyi olan şəxs işə buraxılmayaraq yenidən təlimatlandırılır. Bu təlimatda forma № 2-yə yazılır.

DÜİST 12.0.004-89 üzrə məcburi təlimatlar və

onların sənədləri aşağıdakılardır:

1. Giriş. 2. İş yerində 1-ci təlimat. 3. Təkrar. 4. Növbədən kənar. 5. Məqsədli.

Təhlükəsizlik texnikası üzrə forma № 1.

Giriş təlimatının uçot vərəqi.

Familiyası_________________ a.a.______________________________

Doğulduğu il ________ peşəsi _____________ ümumi iş stajı_____________

hazırki peşəsi üzrə il stajı_____________iş sahəsi şöbə, ferma, briqada______

Təlimat alanın imzası__________________

Təlimat keçənin imzası_______________

Təlimatın keçirilmə tarixi____________


Forma № 1a.

Sıra №-si

Təlimatın keçirilmə tarixi

İş sahəsi

Təlimatalanın peşəsi və vəzi-fəsi


Təlimatın növü



Təlimat apara-nın familyası adı və vəzifəsi

İmzalar.


Təlimataaparanın imzası

Təlimat alanın imzası

1

2

3

4

5

6

7

8



























Sıra №-si

Təlimatın tarixi

Təlimat alanın adı və vəzifəsi

Təlimat alanın vəzifə- si

Təlimatın növü

Təlimatın mövzu-su və ya №-si

Təlimat verənin

familliya-

sı a.a. və vəzifəsi


İmzalar


İşə buraxmanı ic-ra edən

Təlimat verənin

Təlimat alanın

Fam. a.a və vəzifəsi

İmzası

1

2

3

4

5

6

7

8

9

10

11





































Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin