AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari
4. Əmək mühafizəsi işlərinin təhlil üsulları.
İstehsalatda alınan əmək xəsarətlərinin səbəblərini ləğv etmək və bir daha təkrar olmaması üçün aşağıdakı təhlil üsullarından istifadə edilir.
1. Statistik üsul. Burada baş vermiş əmək xəsarətlərinə aid tərtib edilmiş (bəd-bəxt hadisə aktının, xəsarət alana vertilmiş tibbi arayış və s.) sənədlər mükəmməl sü-rətdə öyrənilir. Bu üsul istehsalatda baş verən xəsarətlərin törənmə səbəblərinin öyrə-nilməsi və onlarla mübarizə aparılması üçün əlverişli bir üsul olaraq son zamanlar daha geniş tətbiq edilir. Statistik üsulla təhlil apardıqda baş vermiş xəsarətlərin dina-mikası, hadisəyə uğrayanların ixtisası, icra etdikləri işin xarakteri, onların yaşı və s. bu kimi məlumatlar ətraflı öyrənilir və nəticədə bu hadisələrin ləğv edilməsi üçün düzgün vasitələr seçilməsinə imkan yaradır.