RADIOAKTIV MADDƏLƏRLƏ IŞLƏYƏRKƏN
TƏHLÜKƏSIZLIK TƏDBIRLƏRI
İstehsalat şüalanmasindan mühafizə son zamanlar kənd təsərrüfatında tərkibində radioaktiv izotoplar (fosfor, kobalt, karbon, dəmir, sink, kalsium və s.) olan mineral gübrələr, herbisidlər və başqa maddələr (olan) geniş tətbiq edilir. Lakin, belə mad-dələrlə işləyən işçilər özləri hiss etmədən radioaktiv şüalanma təsirinə məruz qalır ki, buda orqanizmdə ümumi zəiflik, toxumalarda iflic, sonsuzliq vəzlərində xərçəng və başqa bu cür xəstəlik yaradır. Hər bir kənd təsərrüfatı mütəxəssisi belə maddələrlə iş apararkən mümkün qədər mexanizasiya qüvvəsi tətbiq etməli və işçilərin həmin mad-ələrlə əlaqəsini azaltmalıdır.
Radioaktiv maddələrlə işləyərkən orqanizmin şüalanması aşağıdakı dərəcələrə bölünür:
1. A- dərəcəsi- bu dərəcəyə radioaktiv maddələrlə bilavasitə işləyən şəxslərin şü-alanması daxil edilir.
2. B- dərəcəsi- bu dərəcəyə radioaktiv maddələrlə bilavasitə işləməyib, lakin hə-min maddələr saxlanılan və ya tətbiq edilən binalarda yerləşən adamların şüalanması daxil edilir.
3. V- dərəcəsi- bu dərəcəyə radioaktiv maddələr saxlanan binaların ərazisində yerləşən adamların şüalanması daxil edilir.
Radioaktiv maddələrdən mühafizə vasitəsi olaraq, sıxlığı çox olan metallardan (qurğunun, qızıl, paltin və s.) istifadə edilərək, şüa mənbəyinin qarşısı ekranlaşdırılır. İnsan bədəninin bütün üzvləri şüalanmaya eyni həssaslıqda olmur. Buna görədə orqa-nizmin ayrı-ayrı üzvləri (orqanlarının) radioaktiv şüalanmaya göstərdiyi həssaslığa görə aşağıdakı kimi qruplaşdırılır:
1. Göz, qan keçirmə orqanı və oynaq birləşmələri.
2. Tiş toxumaları vəzləri, mədə bağırsaq, ağ ciyər, qara ciyər və b.
3. Dəri və əzələ sistemləri.
Orqanizmin şüalanma dərəcəsindən asılı olaraq həftəlik və illik şüalanma norma-ları aşağıda göstərilmişdir.
-
Şüalanma dərəcələri.
|
Ölçü vahidi.
|
Orqanizmin xarici şüalan-ması.
|
Orqanizmin daxili şüalanması-nın maksimum qiyməti.
|
I
|
II
|
III
|
A- dərəcəsi həftəlik
miqdar.
İllik miqdar.
|
Mber.
Ber.
|
100.
5.
|
100.
5.
|
300.
15.
|
600.
30.
|
B- dərəcəsi üzrə
həftəlik miqdar.
İllik miqdar.
|
Mber.
Ber.
|
10.
0,5.
|
10.
0,5.
|
30.
1,5.
|
60.
3.
|
V- dərəcəsi üzrə
həftəlik miqdar.
İllik miqdar.
|
Mber.
Ber.
|
1.
0,05.
|
1.
0,05.
|
10.
0,5.
|
20.
1.
|
Radioaktiv şüalanmanın miqdarı işləyən adamın yaşına görə belə təyin edilir.
D≤ 0,06 (N-18) coul/kq.
burada N- işləyən adamın faktiki yaşını;
18- işə başladığı yaşını göstərir.
Şüalanmanın təsirini azaltmaq üçün onlara qoruyucu vasitələr verilir və həmin sahələrdə işələmə saatı (4 saatdan artıq olmamalıdır) azaldılır.
İnsan orqanizminin normaya görə neçə dəfə artıq şüalanması belə təyin edilir.
.
K- şüalanma dəfəliyini;
Do- faktiki şüalanma miqdarını;
D- həftəlik şüalanma normasını göstərir.
Həftəlik şüalanma norması belə təyin edilir:
(rad/həf).
burada M- mənbəyin radioaktivliyini, mikro ekvivalent rad- la ölçülür.
t - həftəlik iş saatının miqdarını;
R - şüa mənbəyindən iş yerinə qədər olan təhlükəsiz məsafəni göstərir, m-
lə.
Şüalanma gücü isə belə hesablanır.
(rad).
Uzunluğu 10 km-dən çox olan radioaktiv şüalar yalnız radiotexnika sənayesində olmayıb, həmçinin metalların əridilməsində, detalların bərkilidməsində, taxtaların qu-rudulmasında və s. sənaye sahələrində tətbiq edilir. Havanın tərkibində yüksək tez-likli elektro maqnit şüalarının olması olduqca təhlükəlidir. Belə şüalar orqanizmdə ürək-damar sisteminin pozulmasına, qanın tərkibinin dəyişilməsinə, qan təzyiqinin aşağı düşməsinə, dəri, göz xəstəliklərinə və habelə şüalanma xəstəliyinə də səbəb ol-ur. İstehsalatda şüalanmadan qorunmaq üçün şüalanma mənbəyinin qarşısı yüksək elektrik keçiriciliyinə malik olan xüsusi metal təbəqə ilə ekranlaşdırılır. Bu ekranın qalınlığı 0,5 mm-dən az olmamalıdır. Bu ekran torpaqla əlaqələndirilməlidir. Sənaye-də şüalanma vahidi rad qəbul edilmişdir. Qamma, alfa, beta, rentgen şüaları texnikada xüsusən avtomatlaşdırılmış sənayedə geniş tətbiq edilir. Alfa tezlikli şüaların orqaniz-mə zahirdin təsiri o qədər qorxulu hesab edilmir. Lakin, həmin şüaların hər hansı bir vasitə ilə orqanizmə daxil olması qorxuludur. Qamma, beta və rentgen şüaları isə da-ha qorxuludur. Bunların təsiri nəticəsində dəri, göz və şüa xəstəliyi yarana bilir.
Şüaların orqanizmə təsirini azaltmaq üçün bir sıra hesabatlar aparılmışdır ki, bu-rada şüalanma vahidi olaraq “ber” ölçü vahiddən istifadə edilmişdir.
Müxtəlif növ şüanın, müxtəlif toxumaya bioloji təsiri nisbi bioloji ekvivalentlə xarakterizə olunur, yəni
.
qamma, beta və rentgen şüaları üçün buraxıla bilən norma 1 ber, alfa tezlikli şüalar üçün isə buraxıla bilən norma 10 ber qəbul edilmişdir. İstehsalatda şüaların miqdarı 0,1 ber-dən artıq olmamalıdır. Bu sahədə işləyənlər xüsusi qoruyucu vasitələrlə tə-min olunmalı və iş saatı azaldılmalıdır.
Optik diapazonda dalğa uzunluğu 200...400 Nm olan elektromaqnit şüalanmaları ultra bənövşəyi şüalanma (UBŞ) adlanır.
UBŞ-ın təbii mənbəyi günəşlidir. Onların süni mənbələri isə qaz-boşalma lampa-ları, elektrik qövsləri, lazerlər və s. dir. UBŞ enerji axınının gücü ilə xarakterizə olu-nur və BT/m2-lə ölçülür.
Insanın dərisi və gözləri UBŞ-ın bir başa təsirinə məruz qalır.
UBŞ dəriyə təsir edərək onu qızardır (eritel təsiri), sonra isə (adətən 48 saatdan sonra) dərənin qaralmasına səbəb olur. Şüaların fotokimyəvi təsirindən dəriyə D vata-mini əmələ gəlir. Bu şüaların effekti həmin vitaminin əmələ gəlməsi ilə izah olunur. UBŞ -ar mikrobları tələf etmə xassəsinə də malikdir.
İnsan orqanizminin normal fəaliyyəti üçün ultrabənövşəyi şüalar zəruridir. Lakin bunula bərabər ultrabənövşəyi şüaların böyük zallarda, uzun müddətli təsiri dərini və gözləri ciddi zədələyə bilir. UBŞ- ın böyük dozalarının dəriyə uzun müddətli təsirin-dən dəridə güclü qızartı, suluqlama və şiş əmələ gəlir.
UBŞ nomadan (280 Nm. çox) artıq olan hallarda onun təsirini azaltmaq üçün gü-nəqarşı kimyəvi və fiziki şüa udan və əks etdirən vasitələrdən istifadə edilir. UBŞ-nı keçirməyən parçalardan (poplin) hazırlanmış iş paltarından və gözləri mühafizə edən şüşə eynəklərdən istifadə edilir.
Lazer şüalarının insan orqanizminə (lazer şüalarından nöqtəvi qaynaq, lehimlə-mə, materialların emalında, kristalların kəsilməsində və s.) təsiri çox mürəkkəbdir. Lazer şüalanmaları ilə zədəlnmə təhlükəsi şüalanmanın gücündən, dalğa uzunluğun-dan, tezliyindən, təsir müddətindən habelə şüalanmaya məruz qalan üzvlərin, toxu-maların bioloji və fiziki-kimyəvi xüsusiyyətlərindən asılıdır.
Lazer şüası insan orqanizminə istilik və qeyri istilik (mexaniki, elektrik) təsirləri göstərir. Canlı oraqnizmin toxumaları lazer şüalarını demək olar ki, əsasən dəri örtü-yünə təsir edir.
Lazer şüalanmasından qorunmaq üçün kollektiv və fərdi mühafizə (xüsusi pal-tar, eynək, maska) vasitələrindən istifadə edilməlidir.
Dostları ilə paylaş: |