MAŞINLARIN TƏMİRİNDƏ VƏ TEXNİKİ XİDMƏT İŞLƏRİNDƏ
TƏHLÜKƏSİZLIK TƏDBİRLƏRİ
İstehsalat binalarına, iş yerlərinə və avadanlığa verilən tələblər
İş yeri elə təşkil edilməlidir ki, hər bir işçiyə minimum 4,5...5 m2 sərbəst sahə, 16...20 m3 həcm düşsün. İş yerlərindəki stellajlar ölçülərinə görə yığılacaq material-ların ölçülərinə uyğun gəlməli, üzərində maksimum buraxıla bilən yük aydın yazıl-malıdır. Zay hissələrin yığılması üçün ayrıca yer təşkil edilməli, yonqar və başqa tullantılar üçün yeşik qoyulmalıdır. Hər bir iş yerində işçi alətləri komplekti və nəza-rət-ölçmə cihazları olmalıdır. Soyuq və nəm döşəməli binalarda, habelə döşəməsinə metal qırıntıları tökülən iş yerləri taxta ayaqaltılarla təmin edilməlidir. İş yerinin avadanlığı iş ardıcıllığına uyğun yerləşdirilməlidir. İş yerlərinin təşkıli DÜİST 12.2.032-78-ın, habelə DÜİST 12.2.017-76-nın tələblərinə cavab verməlidir. Belə ki,
alətlər saz və itilənmiş olmalı, təyinatına görə işlədilməlıdır. Müəssisənin mühəndis-texnik işçiləri alət və quruluşların sazlığını yoxlamalı, nasaz alətlərin saxlanmasını və ya çıxdaş edilməsini təşkil etməlidirlər. Alətxanadan alınan alət və quruluşlar saz və komplektləşdirilmiş olmalıdır.
Şablonlar, ölçü alətləri elə olamaldır ki, ölçmə zamanı işçilərin əli pnevmatik çəkic və ya ştamplayıcı kimi avadanlıqların zərbə sahəsinə düşməsin. Dəmirçi kəlbə-tinləri və bu kimi termiki emal əməliyyatında işlədilən başqa kəlbətin və tutucuların dəstəkləri kifayət qədər uzun olmalıdır. Onların sıxıcı qıfıl hissəsi olmalıdır ki, hər hansı hissə tutularkən onu sıxıb saxlamağa əlavə qüvvə tələb edilməsin.
Dostları ilə paylaş: |