Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ



Yüklə 1,16 Mb.
səhifə98/114
tarix13.02.2022
ölçüsü1,16 Mb.
#114355
1   ...   94   95   96   97   98   99   100   101   ...   114
AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari

DRENAJ TİKİNTİSİ
Qapalı üfüqi drenaj tikintisi yalnız təsdiq edilmiş layihə sənədləri (TTЛ, ИИЛ) əsasında aparılmalıdır. Layihədə konkret iş sahəsinə aid təhlükəsizlik tələbləri və onların təmin edilməsi tədbirləri verilməlidir.

Drenaj işlərinə başlamazdan əvvəl bütün sahə ağac, kol-kos, kötük, daş və digər maneələrdən təmizlənməli, materialların yığılması, texnikanın saxlanması və ona xidmət göstərilməsi üçün yerlər təyin edilməlidir. Material anbarları daimi yolların yaxınlığında və obyektdən 2 km-ə qədər məsafədə yerləşdirilir.

Drenaj tikintisində yüksək təhlükəli işlərə (çox nəm suxarlarda, darısqal şərait-lərdə aparılan torpaq işləri, dərin xəndəklərin qazılması, dərin kanalların yamac-larında beton və izolyasiya işləri və i.ax.) xüsusi diqqət verilməlidir. Yadda saxlamaq lazımdır ki, nəm və zəif çuxurlarda yerqazan maşınların çuxura xüsusi təzyiqi 40 kΠA-dan zəif çuxurlarda isə 25 kΠA-dan artıq olmamalıdır. Buna görə də suxura böyük təzyiq göstərən maşınların tətbiqi lazım gəldikdə onların tırıllarının altında taxta və ya şalban döşənəklər qoyulmalıdır.

Qapalı üfüqi drenaj tikintisi geodezi nişanlama, trassanın təmizlənib hamarlan-ması, drenaj borularının xəndəyə düzülməsi, drenaj qurğularının tikilməsi, xəndək-lərin torpaqla örtülməsi işlərindən ibarətdir.

Qapalı üfüqi drenaj tikintisi ЭТЦ- 202А, ЭТЦ -202Б, Т- 406 və ЭД- 3,0 БДМ-301 A tipli xəndək ekskavatorları ilə və xəndəkdən kənarda işləyən drenddöşəyən maşınlarla aparılır.

Çoxçalovlu ekskavatorlarla işlədikdə iş meydançasının profili güclü küləkdə belə maşının dayanıqlığını təmin etməlidir. Bu maşınlarda mailliyi 100-yə qədər olan yoxuşlarda və 50 –yə qədər olan yamaclarda işləməyə icazə verilir. Ekskavator enişdə yalnız birinci sürətlə hərəkət etməlidir.

İş trassasını ekskavatorun sərbəst hərəkəti üçün tələb olunan endə hamarlayırlar. Güclü külək əsən rayonlarda artıq torpağı xəndəyin külək tutmayan tərəfində, mailli sahələrdə isə xəndəyin hündür tərəfində yerləşdirirlər. Hamarlama zamanı artıq torpaq xəndəyin yalnız bir tərəfinə toplanır, digər tərəf isə drenaj borularının yığıl-ması üçün sərbəst saxlanılır. Saxsa borular trassa boyunca piketaj xəttindən 0,7...1,0 m məsafədə, drendöşəyən maşının hərəkət istiqamətindən sol tərəfə düzülür. Plastmas borular buxtası və birləşdirici armatur isə dren kollektorlarının mənsəbi yanında, xəndəkdən kənarda işləyən drendöşəyənin hərəkət istiqamətindən sol tərəfə düzülür. Drenaj boruları trassa boyunca qoşqularla daşınır, bu zaman onların üstünə adamların minməsi qadağandır.

Plastmas boruları döşəmək üçün tətbiq edilən MД- 4, MД- 12 maşınlarının təhlükəsiz işləməsi üçün trassa boyu kələ-kötürlük 20 sm-dən, eninə maillik isə 30- dən çox olmamalıdır.

Lay və səth sularının axıdılmasını təmin etmək üçün xəndəyi profilin ən aşağı nişanlarından qazmağa başlayırlar. Qazma işlərinə başlamazdan əvvəl maşinist briqa-danın bütün üzvlərinin öz iş yerlərində olmasına əmin olmalı, sonra xəbərdarlıq siqnalı verməli və cavab siqnalı almalıdır. Əvvəlcə çalov zəncirini və transportyoru işə salır, sonra isə işçi hərəkətə başlayırlar. Xəndək ekskavatoru işləyərkən onun laydır barabanından 3 m-ə qədər, pərli barabanından isə 6 m-ə qədər məsafədə adamlar hərəkət etməməlidir. Borudöşəyinin üstündə adamlar olduqda onu endirib-qaldırmaq qadağandır.

İş vaxtı xəndəkdə maneəyə (kötük, daş və digər əşyalar) rast gəldikdə maşını saxlayıb onu kənar etdikdən sonra hərəkəti davam etdirmək olar.

Xəndəyin qazılması müvəqqəti dayandırıldıqda və ya ekskavatoru təmir etmək lazım gəldikmdə onu xəndəkdən azı 2 m kənara çıxarmalı və tırılların altına taxta döşənək qoymalıdır. Ekskavatoru nəqliyyat vəziyyətinə gətirmək üçün işçi orqanı qaldırıb dayaqlar üzərinə qoyurlar.

Axar qumlu və ya çox sulu suxurlarda drenaj boruları əvvəlcə yer səthində böl-mələrlə yığılır, sonra xəndəkdə quraşdırılır. Saxsı boruları düzən fəhlə ekskavator-dan azı 6 m məsafədə işləməlidir. Aşağı fəhlə drendöşəyənin qutusundan düşəndə ekskavator tam dayandırılmalıdır.

Xarici diametri 120 mm-ə qədər olan plastmas drenləri I...III dərəcəli çuxurlarda 1,8 m-ə qədər dərinliyə düzmək üçün MД-4 tipli drendöşəyəndən və MД-5 tipli dartqı maşınından istifadə edilir. MД-4 drendöşəyəni işləyərkən dartı-kanatının yaxınlığında adamların olması, maşın hərəkət edərkən plastmas boruların kəsilməsi, calanması, bunker meydançasına çıxmaq və yeni boru dolağı qoymaq qadağandır.

Saxsı, asbest- sment və beton magistral borularından drenaj borularınıı keçirmək üçün fəhlələr xüsusi dəlikaçan alətdən istifadə etməli və mühafizə eynəkləri geyimə-lidir. Drenaj borularının xəndəyə düzülməsi və süzgəc materialları ilə örtülməsi işlə-rində fəhlələr əlcək və eynəklərlə, şüşə pambığın tətbiqində isə respiratorla təmin edilməlidir.

Qapalı, üfüqi drenajın baş boru xətləri çəkilərkən borular xəndəyin qaşından azı 1,5 m məsafədə yığılmalıdır. Boruları xəndəyə endirəndə yükqaldırma kranlarına aid bütün təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Fəhlələr boruları birləşdir-mək və süzgəc materiallarını döşəmək üçün xəndəyə düşüb-çıxdıqda azı 70 sm enin-də məhəcərli trapdan və ya nərdivandan istifadə etməlidir. Xəndəyin bir qaşından o biri qaşına isə məhəcərli keçid körpüləri ilə keçilməlidir. Fəhlələr xəndəyə enməzdən əvvəl onun yamaclarının dayanıqlığı yoxlanılmalıdır. İş vaxtı suxurların uçma təh-lükəsi yarandıqda və ya xəndəyin divarlarında üfüqi çatlar əmələ gəldikdə fəhlələr dərhal təhlükəli yerdən kənar edilməlidir.

Dəmir-beton boru bölmələrini xəndəyə endirdikdə fəhlələr borudan azı 3 m kənarda duraraq uzun dəstəkli qarmaqla onu tutmalı və istiqamətini tənzimləməlidir.

Xəndək dibinin yoxlanılması, hamarlanması və boruların düzəlməsi işləri ekska-vatordan 5...6 m arxada aparılmalıdır. Xəndək və çalaların rotorlu və xəndək ekska-vatorları ilə qazılmasında ümumi təhlükəsizlik tədbirlərinə riayət edilməlidir. Qış mövsümündə, mülayim havalar başladıqda, həmçinin uzun sürən yağışlardan sonra xəndək və çalaların vəziyyəti yoxlanılmalı və lazım gəldikdə onlar əlavə olaraq möh-kəmləndirilməlidir. Suxurların uçulma prizmasının hüdudlarında inşaat maşınlarının və avtomobillərin yerləşdirilməsi və ya hərəkəti, bucarqadların qurulması, hava elektrik xətlərinin habelə projektor dayaqlarının qoyulması qadağandır.

Boru xətləri düzüldükdən sonra xəndəyin torpaqlanması zamanı buldozerin işçi orqanının xəndəyin qaşından irəli çıxarılmasına imkan verilməməlidir. Torpaqlama işlərinin əvvəlində buldozerin xəndəyin qaşına 1 m dən artıq yaxınlaşmasına icazə verilmir.




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin