Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ



Yüklə 1,16 Mb.
səhifə107/114
tarix13.02.2022
ölçüsü1,16 Mb.
#114355
1   ...   103   104   105   106   107   108   109   110   ...   114
AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari

MƏDƏNİ TEXNİKİ İŞLƏR
Meliorasiya təşkilatlarında aparılan mədəni-texniki işlərə meşənin qırılması və kolluğun kəsilməsi, sahənin kötüklərdən, daşlardan təmizlənməsi, xam torpaq layının qaldırıması, torpağın hamarlanması və i. aiddir.

Meşənin qırılması işlərinə başlamazdan əvvəl radiusu 50 m olan təhlükəli zona xəbərdaredici nişan və yazılarla çəpərlənməsi, ağacların yıxıdılma istiqaməti təyin edilməli, iş yerlərinin quru, çürümüş ağac qrıntılarından təmizlənməsi təmin edilmə-lidir. Qışda bundan əlavə kəsilməli olan hər bir ağacın yanında qarı təmizləyərək 4...5 m uzunluğunda cığır açılmalıdır.

Meşənin qırılması dövründə təhlükəli zonada digər işlərin görülməsi və nəqliy-yatın hərəkəti qadağandır.

Elektrik xətlərinin yaxınlığında ağacların kəsilməsi işləri yalnız həmin xəttin mənsub olduğu təşkilatın yazılı icazəsi ilə və ustanın rəhbərliyi altında aparıla bilər.

Əgər küləyin sürəti 6 m/san-dən çoxdursa və ya iş aparılan yamacların mailliyi 200-dən böyükdürsə tufan yıxmış və yanmış meşə sahələrinin işlənməsində, həmçinin çürümüş ağacların kəsilməsində işçilərin tək-tək işləməsinə icazə verilmir.

Ümumiyyətlə, 11-13 m/san sürətlə əsən küləkli havada, tufan, leysan yağış və buzlaşma vaxtı, habelə görmə məsafəsi 50 m-dən az olan şəraitdə meşəqırma işləri qadağandır.

Sallanıb qalmış ağacları bucurdaq və ya dolamaçarxla götürdükdə ipin uzunluğu ağacın hündürlüyündən azı iki dəfə, traktorla götürdükdə isə 10 m uzun olmalıdır. Ağacların tam kəsilməmiş və ya sallanmış vəziyyətdə qoyaraq başqa isə keçmək və ya fasilə etmək olmaz.

Diametri 15 sm-ə qədər olan kiçik ağacları və kol-kosu DΠ- 24, MΠ- 9 tipli kolqıran maşınlarla kəsirlər. Tırtıllı traktorun bazasında yerləşdirilmiş DΠ- 24 aqre-qatının işçi orqanı budalayıcı bıçaqlı ikitərəfli laydırdan və qabaq hissədə qoyulmuş pazdan ibarətdir. Maşın zireh sipərlə, kabinə çəpəri ilə və bıçaqları itiləyən quruluşla təchiz edilir.

MΠ- 9 tipli birlaydırlı kolqıran üfüqi bıçaqlı qaynaqlanmış laydırdan ibarətdir ki, onun sol tərəfində böyük ağac gövdələrini və kötükləri yarmaq üçün diş bərkidil-mişdir. Kolqıran laydır universal buldozer çərçivəsində yerləşdirilir.

Torf bataqlıqlarının işlənməsi üçün fəal işçi orqanlı MTH-13 tipli maşınlar tət-biq edilir.

Kolqıran maşınlarla işə başlamazdan əvvəl onların təsir zonasında kənar şəxs-lərin olmamasına əmin olmalı və iş vaxtı kabinənin sazlığına diqqət verilməlidir. Maşının iş cəbhəsi iri daş, kötük və qalın ağac budaqlarından təmizlənməlidir. Yalnız maşın tam dayandırıldıqdan sonra bıçaqların vəziyyətini yoxlamaq və tırtıla ilişmiş kol-budağı kənar etmək olar.

Kəsilmiş ağaclar və kol-kos xüsusi dırmıqla və ya kötüktoplayıcı ilə bir-birindən 40...50 m məsafədə qalaqlara yığılır; sonra onları yükləyici ilə nəqliyyat vasitələrinə yükləyərək utilizasiyaya göndərirlər.

Meliorasiya sahəsində ağac və kol-kosun yerüstü hissələri qırılıb təmizləndikdən sonra sahədən kötükləri və diametri 30 sm-dən böyük olan daşları kənar edirlər.

Kötükləri çıxarmaq üçün dırmıqlı və ya rotorlu kötükçıxaran maşınlardan isti-fadə edilməsi əlverişlidir.

Kötükçıxaran dırmıq T- 130 Г tipli traktorun bazasında yerləşdirilən K- 15 dır-mığından ibarətdir. Bu maşın diametri 15 sm-ə qədər olan kötüklərin çıxarılmasında tətbiq edilir. Daha böyük kötüklərin işlənməsində MΠ-25, MΠ- 13, MTΠ- 13, MTΠ- 81, KSΠ- 20, AKΠ- 1 tipli rotorlu kötükçıxarıb- toplayan maşınlardan istifadə olu-nur. Bu maşınlar astagedişli traktorlara qoşulmuş işçi orqandan ibarətdir.

Rotorlu kötükçıxaranın işçi kötükçıxaran, ötürücü və üç ədəd silkələyib- nəğl edən rotordan ibarətdir.

Kötükçıxaran maşınlarla işlədikdə kötükləri bilavasitə traktorun dartı qüvvəsi ilə çıxarmağa icazə verilmir. Maşınlarla işə başlamazdan əvvəl onların sazlığı, mühafizə çəpərlərinin və qoruyucu quruluşların işçi vəziyyətdə olması yoxlanmalı, işçilər maşınların təsir zonasından kənar edilməlidir. Sahədən kötüklərin yığılması zamanı işçilər maşının kəsici hissələrindən azı 10 m kənarda olmalı və kötüklərin trans-portyordan əl ilə yerə atılmasına imkan verilməməlidir.

Diametri 80 sm-dən böyük olan kötüklərin partladılaraq çıxarılmasında təhlükə-sizlik qaydalarına riayət edilməlidir. Kötüklərin çıxarılmasında işləyən ayrı-ayrı partlayışçılar və partlayış briqadaları bir-birindən azı 500 m məsafədə işləməli və öz qonşularının yerini, hərəkətini dəqiq bilməlidir.

Meliorasiya sahəsinin işə hazırlanmasında onun səthindən və torpağın üst layın-dan diametri 5 sm-dən böyük olan daşlar kənar edilməlidir.

Xırda daşlar (ölçüləri 5...30 sm) MKΠ -1,5 masşını ilə toplayaraq nəqliyyat vasitələrinə yığırlar. Ğlçüləri 30...65 sm olan daşları УKΠ -0,6 maşını ilə yığıb daşıyırlar. Daha böyük daşların çıxarılması və daşınması üçün MΠ -2Б, MΠ -7A tipli kötükçıxaranlardan istifadə olunur. Ölçüləri 2 m böyük olan qaya daşlarını əvvəlcə partlayışla parçalayır, sonra isə traktor qoşquları ilə daşıyırlar.

Daşyığan maşınların istismarında digər ümumi təhlükəsizlik tədbirləri ilə bərabər, zəncir və trosların möhkəmliyinə, eləcə də onların tarımlanarkən daşlardan sürüşüb çıxmamasına diqqət edilməlidir. Maşınlara texniki xidmət işlərinin aparıl-masına yalnız onlar tam dayandırıldıqdan və yükdən azad edildikdən sonra icazə verilir.

Daşların partladılması üçün ΠM-lərin səth üzərində qoyulmuş və ya şpurda yerləşdirilmiş atımlarından istifadə edilir. Yastı daşlar partlatmaq üçün kumulyativ atımlar tətbiq edilir. Partlayış işləri onların təhlükəsiz aparılma şərtlərini müəyyən edən vahid qaydalara əsasən aparılmalıdır.

Meliorasiya sahəsi bitki örtüyündən, kötük və daşlardan təmizləndikdən sonra torpağın yumşaldılması, hamarlanması ilk şumlama işləri görülür. Bu işlərdə diskli dırmıqlardan (БДM -2,5; БДT -7), bataqlıq frezerlərindən (ФБH-15; KДΠ -2), yumşaldıcı qurğulardan (PC -1,5 PCH -2,9), xüsusi təpəkəsən maşınlardan (KДΠ -2), hamarlayıcılardan (Π -4; ДЗ -602), müxtəlif kotanlardan (ΠБН -75; ΠДН -4M), yükləyici və nəqledici mexanizasiya vasitələrindən istifadə edilir.

Göstərilən aqreqatların tətbiqində aşağıdakılar qadağan edilir: aşma təhlükəsi olan kələ kötür yerlərdə işləmək; aqreqat işləyərkən işçi orqanları təmizləmək və torpağın şumlanma dərinliyini tənzimləmək; maşının nasazlığını aradan qaldırmaq; kənar şəxslərin işləyən aqreqata 30 m-dən artıq yaxınlaşmasına yol vermək; işləyən frezerdən bitki qalıqlarını təmizləmək; hidravlik silindrləri bağlamadan bıçaqları bərkitmək və i.ax.

Torpağın frezerlə işlənməsinə başlamazdan əvvəl sahə kənar əşyalardan təmiz-lənməli və frezerin traktorla qoşqusunun sazlığı yoxlanılmalıdır. İş vaxtı maşının kar-dan və aralıq vallarının örtüyü, frezerin qoruyucu sipəri yerində olmalıdır.

Sahədə torğağın yumşaldılmasından sonra hamarlama işlərinə icazə verilir. Hamarlama işləri buldozer, hamarlayıcı vəskreperlərin tətbiqi ilə aparılır. Buldozer işləyərkən maşınist gavahının (laydırın) kəsici hissəsini diqqətlə izləməli və ciddi maneələrə (daş, kötük) rast gəldikdə maşın dayandırmalıdır. Torpağın yoxuşa aparıl-masında gavahın xam torpağa girməməsinə diqqət edilməlidir. Buldozerlə yoxuşluğu 250 –dən və e3nişliyi 350 –dən böyük olan sahələrdə torpağa hamarlamağa icazə verilmir. Eləcə də gavahın dolduqda və ya torpağın içərisində olduqda buldozeri dön-dərmək, yağışlı havada gilli suxurlarda işləmək, çalanı torpaqla doldurduqda maşının gavahınını kanalın qaşından irəli çıxarmaq təhlükəsizlik qaydalarına görə qadağandır. Maşinist buldozeri döndərməzdən əvvəl onun hərəkət zonasında adamların olma-dığına əmin olmalıdır.

Skreperlə işə başlamazdan əvvəl maşının hərəkət sxemi və torpağın doldurulub- boşaldılma qaydası tərtib edilməlidir. Maşının xəndək və çalalara enmə yerləri hamarlanmalı və nişanla qeyd edilməlidir. Skreperlə boyuna mailliyi 100-dənvə eninə mailliyi 180-dən çox olan çalalarda işləməyə icazə verilmir. Skreperlər qrupla işlə-dikdə qonşu maşınlar arasında azı 20 m məsafə saxlanılmalıdır. Skreperlə qazıntının qaşına 0,5 m-ə qədər və yeni tökülmüş torpaq qalığının yamacına 1 m-ə qədər yaxınlaşmağa icazə verilir. Skreperin dik enişlərdə hərəkəti zamanı mühərriki sön-dürməyə, eniş və yoxuşlarda ötürücünü bir sürətdən digərinə keçirməyə icazə veril-mir.

Skreperin çalovuna yapışmış torpağı təmizləmək üçün ərsin və ya kürəkdən istifadə edilir. Maşının çalovu təkansız, səlis qaldırılıb- endirilməlidir ki, kanatı qırıl-masın. Kanat və ya hidravlik şlanq qırıldıqda dərhal bucurqadın barabanını və ya nasosu dayandırmaq lazımdır. Skreperlə gecə vaxtı işlədikdə idarəetmə dəstəkləri, maşının bıcaqları, hərəkət yolları və iş yerləri lazımi qədər işıqlandırılmalıdır.

Hidravlik idarəetmə sistemli skreperdə dişlə ilə traktorun arasında hidravlik sis-temin rezin şlanqında qısa qoruyucu kanat bağlanmalıdır torpağı 1,5- 2 km məsafəyə daşımaq lazım gəldikdə çalovu zəncirlə bərkitməli və hidravlik nasosu dayandırma-lıdır. Skreperi böyük məsafələrə daşıdıqda, baxış və təmir vaxtı çalovu avtomatik asqıya qoyurlar. Skreperi öz hərəkəti ilə nəql etdirəndə çalovu yerdən azı 0,35 m hündürlüyə qaldırmaq lazımdır.

Meliorasiya təşkilatlarında torpağın sıxlaşdırılması (döyəclənməsi) üçün özü-hərəkətedən və ya qoşqulu vərdənələrdən istifadə edilir. Özühərəkətedən vərdənələr bir-birinin ardınca işlədikdə azı 5 m təhlükəsiz məsafə saxlanılmalıdır. Qazıntı və çalaların, habelə dərələrin qaşında təzə səpilmiş torpağın sıxışdırılmasında dartıcı maşının təkərindən qazıntının qaşına qədərki məsafə 1,5 m-dən az olmamalıdır. Vərdənə qoşulmuş dartı maşınının geriyə hərəkət etdirilməsi qadağandır. Pnevmatik təkərli vərdənələri avtomobillə ballastsız qoşaraq nəql etdirirlər.

Şumlama, frezrləmə, hamarlama, sıxlaşdırma işlərində tətbiq edilən mexanizm-lərin istismarında, elecədə onlar üçün səciyyəvi olan ümumi təhlükəsizlik qaydalarına riayət olunmalıdır.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin