Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


İNŞAAT VƏ MELİORASİYA MAŞINLARININ İSTİSMARINDA



Yüklə 1,16 Mb.
səhifə111/114
tarix13.02.2022
ölçüsü1,16 Mb.
#114355
1   ...   106   107   108   109   110   111   112   113   114
AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari

İNŞAAT VƏ MELİORASİYA MAŞINLARININ İSTİSMARINDA

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
Mexanikləşdirilmiş tikinti və meliorasiya işlərinin təhlükəsizliyi ilk növbədə maşınların konstruksiyalarının möhkəmliyindən, onların istimar qaydalarına düzgün əməl edilməsindən və iş meydançalarının düzgün təşkilindən asılıdır.

Maşinistlərin tezliklə yorulması, diqqətinin səifləməsi kabinənin və idarəetmə lövhəsinin konstruksiyalarından asılı olur. Maşının kabinəsi müasir erqonomiya və rahatlıq tələblərini ödəməlidir. Kabinə isidici cihazlar, şüşətəmizləyən, günəş şüala-rından mühafizə tərtibatı, rahat oturacaq ilə, eləcə də maşının işçi xarakteristikalarını, təhlükəsizlik qaydalarını göstərən plakat və yazılarla təchiz edilməlidir. Kabinəyə rahat çıxıb-düşmək üçün qızmayan üzlük çəkilmiş pillə, nərdivan və ya tutacaqlar olmalıdır. Kabinənin iş zonasından gələn tozdan, çirkli havadan mühafizə etmək üçün açıq oyuqlar bağlanmalı və qeyri –kipliklər aradan qaldırılmalıdır. Bu məqsədlə dəstək və pedalların kabinəyə çıxan hissələrinin üstü çexolla örtülməlidir. Kabinənin qapısı kip bağlanmalı və işdən sonra qıfıllanmalıdır. Kabinə dərman qutusu, su ter-mosu və odsöndürücü ilə təchiz edilməlidir.

Maşın və mexanizmlərin etibarlı işinin təmin edilməsində ölçmə-nəzarət cihaz-larının, avtomatik idarəetmə və tənzimləmə quruluşlarının böyük əhəmiyyəti vardır. Maşın idarəetmə orqanları (dəstəklər, pedallar, düymələr və s.) etibarlı, əlverişli və gözəl yaxşı seçilən olmalıdır. Onlar bilavasitə maşında və ya kənarda, xüsusi ida-rəetmə lövhəsində yerləşdirilə bilər. İdarəetmə orqanları elə yerləşdirilməlidir ki, iş vaxtı maşınistin hərəkətləri qənaətbəxş olsun, bədəni üçün əlverişsiz və gərgin vəziy-yət yaranmasın.

Maşının işçi orqanlarının və avadanlığın öz-özünə düşməməsi üçün hidravlik idarəetmə sistemli maşınlarda hidravlik cəftə, mufta nəzərdə tutulmalıdır.

Maşinist işə başlamazdan əvvəl maşını yoxlayıb onun sazlığına əmin olmalıdır. Nasaz maşınla isə çıxmaq qadağandır.

İnşaat maşınları səs və işıq siqnalları ilə təchiz edilməlidir. Maşinistə iş mey-dançasında siqnal verməyə icazə verilmir.

Maşının hərəkət edən hissələrinə toxunulma imkanı olan yerlər çəpərlənməlidir. İşin gedişində tez-tez yoxlanılan hissələrin çəpərləri qapalı və ya asan çıxarılan olmalıdır.

Maşını gecə işlərinə hazırladıqda elektrik işıqlandırmasının saqzlığı yoxlanıl-malıdır.

Maşınlarda yanacaq, su və yağın axmasına, işlənmiş qazların kabinəyə daxil olmasına imkan verilməməlidir. Maşınlara yanacaq və sürtkü yağları əsasən bağlı, mexaniki üsulla (yanacaq tökən maşınla) doldurulmalıdır. Maşınlara çəlləklərdən yanacaq tökmək lazım gəldikdə əl nasosundan istifadə edilməlidir.

Maşınları işə salmazdan əvvəl radiatorda suyun, mühərrikdə və hidravlik sistem-də isə yağın səviyyəsi yoxlanılmalıdır. Qış vaxt mühərrikin işə salınmasını asanlaş-dırmaq üçün müəssisədə, eləcə dəiş sahələrində suyu və yağı qızdıran xüsusi qurğular qoyulmalıdır. Maşının işçi orqanlarını işə salmazdan, eləcə də maşını hərəkətə gətir-məzdən əvvəl maşinist səs siqnalı verməli və yaxınlıqda kənar şəxslərin olmadığını bilməlidir.

Elektrikmühərriki ilə işləyən maşınlarıngövdəsi işdən əvvəl səyyar yerbirləş-dirici quruluşla təmin edilməlidir.

Fasilələr vaxtı və işdən sonra maşın hamar meydançada saxlanıb tormozlanmalı, idarəetmə orqanlarının dəstəkləri neytral vəziyyətə gətirilməli, sonra isə mühərrik dayandırılıb kabinə bağlanmalıdır. Maşının enişli meydançada asxlanılmasına icazə verilmir.

Maşının mexanizmlərini yoxlamaq lazım gəldikdə işçi orqanı yerə qoyub mühər-riki saxlamalı və ya ötürmə mexanizmini mühərrikdən ayırmalıdır. İşçi orqanı altdan yoxlamaq lazım gəldikdə isə onu möhkəm altlıq üzərində yerləşdirməli və maşının təkərlərinin altına dayaqlar qoymalıdır.

Maşını və ya onun dəyişdirilə bilən işçi avadanlığını quraşdırdıqda və ya sök-dükdə zovodun təlimatına əməl edilməlidir. Bu işlər maşınların texniki vəziyyətinə məsul olan mühəndis- texnik işçinin rəhbərliyi altında aparılmalıdır. Maşının quraş-dırılma zonası çəpərlənməli və ya xəbərdaredici nişanlarla əhatə edilməlidir.

Pasportda göstərilmiş mənfi temperatur və külək sürəti hədlərində, sıx duman, güclü qar və yağış zamanı maşınla işləməyə icazə verilmir.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin