Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


İstehsalatda bədbəxt hadisələrin təhqiqi və uçotu



Yüklə 1,16 Mb.
səhifə14/114
tarix13.02.2022
ölçüsü1,16 Mb.
#114355
1   ...   10   11   12   13   14   15   16   17   ...   114
AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari

2. İstehsalatda bədbəxt hadisələrin təhqiqi və uçotu.

İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 28 aprel tarixli 31 saylı qərarına müvafiq olaraq aparılır.

İş vaxtı müddətində, işə başlayan və işi qurtaran vaxtı, həmçinin artıq işləmə vaxtı, istirahət vaxtı və bayram günlərində işlədikdə baş verən bədbəxt hadisələr təh-qiq olunur.

Peşə xəstəlikləri Səhiyyə Nazirliyinin müəyyən etdiyi qaydada təhqiq edilir. İs-tehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyəti bir gündən az olmayaraq itiril-ərsə, istehsalatla əlaqədar olan “İZ” formalı akt tərtib edilir. Akt müəssisədə 45 il sax-lanılır. Kəskin zəhərlənmə, isti vurma, özündən getmə bədbəxt hadisə kimi hesab edi-lir və təhqiq edilir.

“İZ” formalı akt 3 gün müddətində 4 nüsxədən ibarət tərtib edilir və 3 gün müd-dətində təhqiq edilir.

Ağır hadisələr zamanı 20 gün müddətində xüsusi təhqiqat aparılır.

Bu aktda zədələnmiş adam (bərabər) barədə məlumatla yanaşı, bədbəxt hadisə-lərin səbəbi və əmələ gəlmə şəraiti, buna bənzər hadisələrin baş verməməsi üçün görüləcək tədbirlər göstərilir.

“İZ” formalı akt müəssisə rəhbəri tərəfindən təsdiq edildikdən sonra, zərər dəyə-nə, sex rəisinə, əmək mühafizəsi xidmətinin rəisinə və əmək müfəttişinə göndərilir.

Hadisə təhqiq olunandan sonra müdiriyyət əmr və ya göstərişilə müqəssiri cəza-landırır və gələcəkdə bədbəxt hadisələrin təkrar olunmaması üçün lazımi tədbirlər gö-rür. Ağır hadisələr zamanı isə müqəssir xalq məhkəməsinə verilir.

Müəssisələrdə əmək təhlükəsizliyinin səviyyəsini düzgün qiymətləndirmək üçün bədbəxt hadisələrin hesablanması sistemi mövcuddur. Bu hesablamada üç gündən ar-tıq əmək qabiliyyətinin itirilməsi, yaxud ölümlə nəticələnən bədbəxt hadisələr qeyd olunur.

Müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraitini təşkil etmək üçün əmək xəsa-rətlərinin və peşə xəstəliklərinin hesablanması uyğun olaraq 7 T vahid forma üzrə aparılır.

Bu formaya əsasən hər bir müəssisə baş vermiş əmək xəsarətləri və peşə xəstə-likləri barədə tabe olduğu idarəyə və statistika idarəsinə (ildə bir dəfə) məlumat verir.

Əmək xəsarətlərinin səbəblərini təhlil edərkən əmək mühafizəsinin göstəricilə-rindən istifadə edilir. Bunlar aşağıdakılardır:

Əmək xəsarətlərinin tezlik göstəricisi,


;
burada, T - hesabat dövründə baş verən əmək xəsarətlərinin sayını;

P - siyahı üzrə müəssisədə işləyən adamların sayını;

1000 - şərti işə gələnlərin sayını göstərir.

Əmək xəsarətinin ağırlıq göstəricisi.


;
D - xəsarət nəticəsində işə yararlı olmayan (itirilmiş) günlərin sayını;

Tö - xəsarət nəticəsində ölənlərin sayını göstərir.

İtki göstərici;



;
Əmək xəsarətlərinin canlı əmək göstəricisi:



Tf – t/tda işlənmiş faktiki adam-günlərinin miqdarını;

Tx – xəsarət nəticəsində itirilmiş adam-günlərinin sayını göstərir.
(ad. gün.)
Tö - xəsarət nəticəsində ölənlərin sayını;

t - bir adamın bir ildə t/tda işlədiyi günlərin orta sayını göstərir.

γl - ölümlə əlaqədar kənd təsərrüfatı istehsalatında işlənməyən vaxtı;

γn - şikəstliklə əlaqədar kənd təsərrüfatı istehsalatında işlənməyən vaxtı göstərir.
Ölümlə əlaqədar t/tda işlənməyən vaxt,

P - təqaüdə çıxma yaşını (kişilər 62, qadınlar üçün 57 yaş) göstərir.

K1, K2 - ölənlərin yaşını,

n - ölənlərin sayını göstərir.

Şikəstliklə əlaqədar t/tda işlənməyən vaxt isə,



K1, K2 – şikəst olanların yaşını,

n - şikəst olanların sayını göstərir.

Bədbəxt hadisə nəticəsində təsərrüfata dəyən illik iqtisadi zərərin cəmi belə təyin edilir:




Burada ΣZ - il üzrə bədbəxt hadisə nəticəsində müəssiyə dəyən iqtisadi zərərin

cəmini, man-la.



T - il üzrə müəssisədə baş verən bədbəxt hadisələrin sayını.

D - bədbəxt hadisə nəticəsində itirilmiş müvəqqəti işə yararlı olmayan

iş günlərinin sayını, günlə,

b - bədbəxt hadisə alana verilən gündəlik orta əmək haqqını man. gös-

tərir.


Düsturda 0,6T bədbəxt xəsarətlə əlaqədar verilən əlavə əmək haqqını, 1,28D-xəstəlik vərəqəsi ilə (əlaqədar) ödənilən zərəri (yühgül işə keçirilməsi zamanı verilən əmək haqqını),

8T - xəsarət alana edilən maddi köməyi xarakterizə edir.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin