Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ



Yüklə 1,16 Mb.
səhifə33/114
tarix13.02.2022
ölçüsü1,16 Mb.
#114355
1   ...   29   30   31   32   33   34   35   36   ...   114
AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari

7. İş vaxtı və istirahət vaxtı.

Bunlar işin xarakterindən asılı olaraq müxtəlifdir. Hazırda bütün müəssisələrdə iş həftəsi 40 saatdan artıq deyildir. Zərərli iş şəraitində çalışan fəhlə və qulluqçular üçün həftəlik iş müddətinin 36 saatdan artıq olmasına icazə verilmir. Bundan əlavə, Əmək qanunçuluğuna görə işçilərin bəzi kateqoriyaları üçün (müəllimlər, həkimlər və b.) iş vaxtının qısaldılmış müddəti müəyən edilmişdir.

Fəhlə və qulluqçular üçün iki istirahət günlü beş günlük iş həftəsi təsdiq olun-muşdur. İş günün müddəti müəssisənin daxili əmək qaydalarından, növbə qrafikin-dən asılı olaraq idarə rəhbərliyi və həmkarlar komitəsi ilə birlikdə, mövcud normalara əsasən müəyyən edilir. İstehsalın xarakteri və şəraiti beş günlük iş həftəsinə keç-məyə imkan vermədikdə, bir istirahət günü olan altı günlük iş həftəsindən istifadə olunur. Həftəlik norma 40 saat olduqda gündəlik iş müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gün-dəlik iş müddəti 4 saatdan artıq olmamalıdır.

Bəzi idarə rəhbərlərinə, inzibati, texniki və təsərrüfat heyyətinə, həmçinin xüsu-siyyətlərinə görə iş vaxtını dəqiq müəyyən etmək mümkün olmayan fəhlə və qulluq-çulara müstəsna hallarda normalaşdırılmamış iş günü rejimində işləməyə icazə veri-lir. Bu kateqoriyadan olan işçilər istehsalat zərurəti olduqda normadan artıq işə cəlb oluna bilərlər. Müəssisədə həmin işçilərin soyadları təsdiq edilir və kollektiv müqa-viləyə əlavə olunur.

Fəhlə və qulluqçulara istirahət və nahar üçün ən çoxu iki saat müddətində fasilə verilir. Fasilə iş vaxtına daxil edilmir. İstirahət günləri işləmək qadağandır. Ayrı-ayrı fəhlə və qulluqçuların istirahət günü işə cəlb edilməsi müstəsna hallarda, həmkarlar ittifaqı komitəsinin razılığı ilə mümkündür. Bunun əvəzində iki həftədən gec olma-yaraq fəhləyə istirahət verilməlidir. Fəhlə hər hansı səbəbə görə işdən azad edildikdə isə ona işlədiyi istirahət günü üçün ikiqat əmək haqqı verilir. Bəzi hallarda həmkarlar ittifaqı komitəsinin razılığı ilə müdiriyyət fəhləni əlavə işə saxlaya bilər. Bu yaşı 18-dən yuxarı olan fəhlə və ya qulluqçu üçün dalbadal iki gün ərzində dörd saatdan və ildə 120 saatdan çox ola bilməz. Yalnız qəzaların ləğv edilməsi, normal işin pozul-ması qarşısını almaq üçün təcili təmir və başqa hallarda əlavə işə icazə verilir.

Bütün fəhlə və qulluqçular iş yeri, vəzifəsi və maaşı saxlanılmaqla hər il məzu-niyyət almaq hüququna malikdirlər. Məzuniyyət növbəsi həmkarlar ittifaqı komitəsi-nin razılığı ilə, müdriyyət tərəfindən tərtib olunur.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin