Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


Əmək mühafizəsi qaydalarını pozanların məsuliyyəti



Yüklə 1,16 Mb.
səhifə35/114
tarix13.02.2022
ölçüsü1,16 Mb.
#114355
1   ...   31   32   33   34   35   36   37   38   ...   114
AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari

9. Əmək mühafizəsi qaydalarını pozanların məsuliyyəti.

Sənaye və kənd təsərüfatında bədbəxt hadisələrin və qəzaların baş verməsində əmək mühafizəsi qaydalarının pozulmasında müəssisə və t/t rəhbərləri və digər vəzi-fəli mühəndis-texnik və başqa mütəxəsislər məsuliyyət daşıyırlar. Bu məsuliyyət hər kəsin cavabdeh olduğu iş üzrə müəyyən edilir. Əmək mühafizəsi qaydalarını pozan-ların təqsiri üzündən baş vermiş xəsarətlər ağır və yüngülüyündən asılı olaraq onlara aşağıdakı cəzalar verilir.

1. İntizam cəzası - buraya töhmət, əmr ilə müxtəlif növ xəbərdarlıq, vəzifədən azad etmə və s.

2. İnzibatı cəza - buraya cinayətlə əlaqədar olmayan, lakin əmək mühafizəsi qay-dalarını kobud pozan və əmək mühafizəsi tələblərini ödəməyən vəzifəli şəxslərin cə-rimə edilməsi daxildir.

Müəssisələri cərimə etmək ixtiyarı texniki əmək müfəttişinə, Dövlətdağ texniki nəzarətinə və sanitar nəzarətinə verilmişdir.

Cərimə müqəssirin əmək haqqından idarənin baş mühasibi tərəfindən tutularaq dövlət büdcəsinə keçirilir. Cərimənin dövlət hesabından verilməsi qadağandır.

Əgər qaydaların pozulması nəticəsində iş qabiliyyəti (pozularsa) itirilərsə, yaxud ağır xəsarət baş verərsə, o zaman müqəssir 3 ilə qədər azaldıqdan məhrum edilir.

Əmək mühafizəsi qaydalarının pozulması ilə bir necə adam ağır zədələnərsə, ya-xud ölüm hadisəsi baş verərsə, o zaman müqəssir 5 ilə qədər azadlıqdan məhrum edilir.

Fəhlə və qulluqçulara verilən illik məzuniyyətin müddəti 21 təqvim gündən az olmamalıdır.

Müəyyən kateqoriyalı işçilərə iş şəraitindən asılı olaraq əlavə məzuniyyətdə ve-rilir.



BAYRAM GÜNLƏRI
Bayram günlərində müəssisələrdə, təşkilatlarda iş görülmür:

Yanvarın 1-2-si –Yeni il.

Yanvarın 20-i – Ümumxalq hüzn günü.

Martın 8-i – Beynəlxalq qadınlar günü.

Martın 20, 21-i – Novruz bayramı.

2 gün – Ramazan bayramı.

2 gün – Qurban bayramı.

Mayın 9-u – Qələbə günü.

Mayın 28-i – Respublika günü.

İyunun 15-i – Azərbaycan xalqının milli qurtuluş günü.

İyunun 26-sı – Azərbaycan Respublikasının silahlı qüvvələr günü.

Dekabırın 31-i – Dünya azərbaycanlılarının həmrəylik günü.


Oktyabrın 18 – i – Dövlət müstəqilliyi günü

Noyabrın 12 – i – Konstitusiya günü.

Noyabrın 17 – i – Milli dirçəliş günü


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin