Heyvandarlıqda istehsalat təhlükəsi və zərərləri.
İstehsalat proseslərində insan əməyini birləşdirən əmək alətləri və əmək vasitələ-ridir. Heyvandırlıqda əsas əmək aləti heyvan hesab olunur.
İşçi istehsalat prosesində heyvana qulluq etdikdə müxtəlif enerji növlərindən və maşın, aparat alətlərdən geniş istifadə edir. Bir çox texnoloji əməliyyatlarda kimyəvi maddələrdən istifadə edilir. Ayrı-ayrı proseselərdə yüksək temperatura və təzyiq şə-raitində zərərli maddələr ayrılır. Heyvanlara qulluq etdikdə, xəstə heyvanları müalicə etdikdə və başqa profilaktiki tədbirlər həyata keçirdikdə yuxarıda adları çəkilən isteh-salat amillərinin insan orqanizminə zərərli təsiri nəticəsində insan təhlükəli zonaya düşərək bədbəxt hadisəyə düçar olur və bəzi halllarda isə xəstə heyvanlara qulluq et-dikdə yoluxucu xəstəliyə tutula bilir.
Əmək şəraitini yaxşılaşdırmaq və əmək xəsarətinin proflaktiki məsələlərini öy-rənmək üçün hər bir zərərli və təhlükəli istehsalat amillərini düzgün qiymətləndirmək lazımdır. Zərərli və təhlükəli istehsalat amillərinin insan orqanizminə təsiri nəticəsin-də sağlamlıq və iş qabiliyyəti itirilir.
Heyvandarların əmək şəraiti başqa kənd təsərüfatı işçilərinin əmək şəraitindən fərq-lənir. İstehsat xəsarəti və peşə xəstəliyinin profilaktikası işin xüsusiyyətinə əsasən işlənməlidir.
Təhlükəsiz əmək şəraiti və sağlımlığı təmin etmək üçün təhlkükəli və zərərli is-tehsalat amillərini lazımi dərəcədə öyrənib, mühafizə vasitələrini yaratmaqdır. Bütün hallarda təhlükə yaxud zərərli potensialları vaxtaşırı öyrənib və təyin edib, tədbirlər görmək, onları zərərsizləşdirib aradan qaldırmaq vacib məsələdir.
Dostları ilə paylaş: |