Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


İstehsalat binalarının (heyvandarlıq) qızdırılması və



Yüklə 1,16 Mb.
səhifə44/114
tarix13.02.2022
ölçüsü1,16 Mb.
#114355
1   ...   40   41   42   43   44   45   46   47   ...   114
AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari

İstehsalat binalarının (heyvandarlıq) qızdırılması və

kondisionerləşdirilməsi.
Kənd təsərrüfatı istehsalatında əsasən yerli və mərkəzləşdirilmiş qızdırma sis-temlərindən istifadə edilir.

Yerli qızdırmaya-odunla, elektriklə yaxud qazla işləyən sobalar aiddir.

Bu qızdırma ümumi sahəsi 500 m2-ə qədər olan istehsalat binalarını qızdırmaq üçün istifadə edilir. Soba ilə qızdırma nəinki, yanğın üçün təhlükəlidir, hətta bir sıra nöqsanlarıda vardır, yəni havanı çirkləndirməsi, binada havanın aşağıqatının pis qız-dırması və faydalı iş əmsalının aşağı olmasıdır.

Mərkəzi qızdırma su, buxar və isti hava ilə aparıla bilir.

Kənd təsərrüfatında istehsalat və heyvandarlıq binalarını qızdırmaq üçün əsasən su ilə qızdırmadan istifadə edilir. Mərkəzləşdirilmiş su ilə qızdırma sistemlərində qızdırıcı, qazanlara doldurulmuş su hesab edilir. Qazanlarda qızdırılmış su borular vasitəsilə qızdırıcı radiatora verilir və oradan isə suyun istiliyi qızdırılacaq mühitə verilir. Radiatorda soyumuş su isə yenidən qızmaq üçün qazana qayıdır. Qızdırıcı radiatorlar hamar və qabırqağalı borulardan hazırlanır. Qızdırıcı radiatora daxil olan aşağı təz-yiqli suyun temperaturası 85-95°C, ra-diatordan çıxan suyun temperaturası isə 65-70°C olur. Qızdırıcı radiatorlar 120-135°C-ə qədər davam gətirə bilir. Buxar qızdırı-cıları aşağı təzyiqli (70 k Пa-qədər) və yüksək təzyiqli (70 kПa-dan yuxarı) ola bilir. Buxar qızdırıcılarında buxar istiliyini mühitə berərək maye halına çevrilir və yenidən qızmaq üçün borular vasitəsilə qazana qayıdır. Su ilə qızdırılan radiotorda qızdırma səthi:


S= (m2);
burada Q - binanın saatlıq istilik itkisini;

K - radiator materialının istilik keçirmə əmsalı olub, K=6,7

götürülür.



tor - suyun orta temperaturası olub, tor = - təyin edilir.

tb - suyun başlanğıc temperaturasını;

ts - son temperaturasını göstəririr.

Radiator ayrı-ayrı bölmələrdən ibarət olduğundan, bölmələrin sayı, bir bölmənin sahəsindən asılı olaraq aşağıdakı kimi təyin edilir:


N= əd.
S1 - bir bölmənin sahəsi olub, H - 136 markalı radiator üçün S1 = 0,285m2-

götürülür.

Binanın xaricindəki temperatura bina daxilinə nisbətən çox aşağı olan hallarda, radiator qızdırıcısı bina daxilində normal temperatura yarada bilmir. Belə halda bina-nın girişindən isti hava üfürməklə aparılan qızdırıcı tətbiq edilir.

Belə qızdırıcı qurularkən, açıq qapıdan daxil olan havanın həcmi aşağıdakı kimi təyin edilir:



Lo =H∙B∙V (m3/saat)
H - qapının hündürlüyü;

B - qapının enini;

V - havanın sürətini göstərir.

Qapının yanlarından hava üfürməyə başladıqda binaya daxil olan soyuq havanın bir hissəsi isti hava tərəfindən sıxışdırılaraq bina xaricində saxlanılır. Bu havanın həc-mi belə hesablanır:


Lx =Lo (1- );
Burada h- isti hava üfürülən yerin hündürlüyünü göstərir.

Beləliklə bina üçün lazım olan isti havanın,


Uc = .
φ - hava üfürülən yerin yerləşməsini nəzərə alan əmsaldır.

b- isti hava üfürülən yerin eni olub,
b= (0,1÷0,15) m. götürülür.
Binaya daxil olan isti havanın sürəti,
V = (m/san).
Binada alınan orta temperatura, isə
top = °C.
Binalarda kalorifer qızdırıcısı tətbiq edilərkən, binanın istilik itkisinə əsasən qız-dırıcının canlı en kəsik sahəsi,
fcan = (m2);
yaxud G

fcan = ;
Burada Q - binanın saatlıq istilik itkisinin, G- isti havanın çəkisini, X-isti

havanın həcm çəkisini;



V - havanın sürətini göstərir.

Qurğunun məhsuldarlığı (ayrılan istiliyin miqdarı) belə təyin edilir:


Q1=G1∙∙ S(t2-t1 ) kkal/saat;
S - quru havanın istilik tutumunu; S=0,24 kkal/kq.dəq.

t1 - soyuq havanın temperaturasını;

t2 - isti havanın temperaturasını göstərir.
Kalorifer qızdırıcısında suyun sürəti,
V = m/san;
Qızdırılacaq binanın qızdırma səthi,
S= (m2);

K - kalorifer qurğusunun istilik keçirmə əmsalını;

tor - havanın orta temperaturası olub,

tor= ;
Kalorifer qurğusunun qızdırma səthi isə,

S1=
tbux - buxarın temperaturasını göstərir.

Qızdırıcıda boruların uzunluğu,



l= (m)
d - borunun diametrini;

t - qızma səthinə görə ehtiyat əmsalını, P-borunun perimetrini göstərir.

Bina üçün tələb edilən kalorifer qızdırıcısının sayı,



n =
Bütün qızdırma növləri üçün lazım olan yanacaq norması aşağıdakı kimi hesablanır:
M= (mon)
burada L - bina üçün tələb olunan qızmış havanın miqdarını;

S - havanın istilik tutumu olub,

- götürülür.
b- hesabat aparılan qızdırıcı üçün verilən yanacaq normasını;

n1 - qızdırıcının sutkalıq faktiki işləmə saatını;

n2 - hesabat aparılan zona üçün qızdırılan günlərin sayını;

β- qızdırıcının işlənməyən günlərini nəzərə alan əmsal olub, β = 0,84,

- qızdırcının istilik itkisini nəzərə alan əmsal olub,  = 1,05 götürülür.

Binalarda mikroiqlim yaratmaq üçün avtomatik təsir edən kondisioner qurğu-sundan istifadə edilir.

Kondisioner qurğusu havanın təmizlənməsini, nəmləşdirilməsini, havanın zərə-sizləşdirilməsini və planlaşdırılmasını həyata keçirir. Bu qurğu hava qəbul edicidən, ventilyatordan, qızdırıcıdan, hava nizamlayıcısından, təmizləyicisindən, nəmləşdi-ricidən və s. ibarətdir.

Son zamanlar kondisioner qurğusu traktorların kabinələrindədə tətbiq edilir. (B-K-1500, 1800, 2000, 2500 və s).


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin