Quşçuluqda əmək təhlükəsizliyi.
İnkubatorların idarəetmə lövhələri və elktrik cihazları mühafizə qapağı ilə örtül-məli, ventilyatorun hərəkət edən və fırlanan hissələri mühafizə örtüyü ilə hasara alın-malıdır.
Döşəmədə, idarəetmə lövhəsinin yanında rezin xalça (ayaqaltı) olmalıdır.
Elektrik mühərrikləri, elektrik lövhələri, idarəetmə və siqnalverimə cihazları yer-lə birləşdirilməlidir.
Yumurtaların müayinə edildiyi miraj stolunu elektrik naqilləri xarab olduqda onun istismarına yol verilməməlidir.
Cücəçıxaran şkaf və inkubatorları yumazdan əvvəl elektrik şəbəkəsindən ayır-maq lazımdır. Yuyulma zamanı inkubatorların daxilini işıqlandırmaqdan ötrü 12V gərginlikli, gəzdirilə bilən lampalardan istifadə edilməlidir.
Yumurtaları və cücələri ulturabənövşəyi şüa ilə şüalandırarkən fəhlələrətünd şü-şəli xüsusi mühafizə eynəkləri, cücəçıxaran inkubatorlardan cücə götürüldükdə isə respiratorlar verilməlidir.
Xüsusi qutuları daşımaq üçün arabalar saz və möhkəm olmalı, qutular isə araba-nın gözlərinə sərbəst yerləşməlidir.
Tor batareyaların qıraqları iti və tor batareyalararası keçidlərdə isə döşəmə çatlaq və oyuq olmamalıdır.
Quşlara qulluq etmək üçün səyyar nərdivan saz, möhkəm, davamlı, ətrafı bağlı möhkəm pilləkənlərə malik olmalıdır.
Mexanizmləri işləyən zaman tor batareyasını təmizləmək, nizamlamaq və yağ-lamaq olmaz.
Qəfəsləri təmizləmək üçü3n müvafiq avadanlıqlardan- şotka, ərein və s. istifadə edilməli və bu zaman fərdi mühafizə vasitələri (eynək, respirator, əlcək) verilməlidir.
Quş zğlını təmizləyən transportyorlar və lyuklər mühafizə hasarı ilə ətrafı örtül-məlidir.
Transtortyorlar yalnız tamamilə dayandırıldıqdan və elektrik şəbəkəsindən ayır-dıqdan sonra yoxlanmalı və təmir edilməlidir.
Elektrotelferlərdə avtokranlarda və s. yaşı 18-dən aşağı olmayan, xüsusi təlimat almış və bu sahədə işləmək üçün sənədi olan şəxslər işləməyə buraxılmalıdır.
Nəqliyyat vasitəsinə yüklənmiş quşla dolu qutular iplə möhkəm bağlanılmalıdır. Platformada və yükün üstündə adam daşınması qadağandır.
Quşla dolu qutuları üst-üstə yığarkən qutuların hündürlüyü 1,5m –dən artıq ol-mamalı, quşları qəfəslərdə müvəqqəti saxladıqda isə nəqliyyat arabalarının arasında azı 1,5m enində keçidlər qoyulmalıdır. Quşlar bir yerdən başqa yerə köçürülərkən tozdan qorunmaq üçün respiratorlardan və digər fərdi mühafizə vastələrindən istifadə edilməlidir.
Dostları ilə paylaş: |