Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


Duyar qabı ilə işləyərkən təhlükəsizlik tədbirləri



Yüklə 1,16 Mb.
səhifə70/114
tarix13.02.2022
ölçüsü1,16 Mb.
#114355
1   ...   66   67   68   69   70   71   72   73   ...   114
AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari

Duyar qabı ilə işləyərkən təhlükəsizlik tədbirləri.
Kənd təsərrüfatı heyvanlarının çoxaldılmasında süni mayalanma əsas üsullardan biri hesab edilir. Bu üsulu sovet elmi açmışdır.

1947-ci ildə professor İ.V. Smirnovun apardığı uzun müddət tədqiqat nəticəsində YİLKTA-nın akademiki V.K. Milovanov adına laboratoriyada birinci dəfə dünyada mənfi – 196C0 temperaturada dondurulmuş toxumla süni mayalama aparmaqla ev dovşanından nəsl almışdır. Sonra qoyun və inəkdən dondurulmuş toxumla süni maya-lama aparmaqla nəsl almışlar.

Bundan sonra aşağı temperaturada dondurulmuş uzun müddət maye ezotda sax-lanan toxum bir çox ölkələrin heyvandarlığında geniş tətbiq edilməyə başlanmışdır.

Bu məqsəd üçün itemlis fiziki geyms Duyarın 1898-ci ildə hazırladığı yeni tipli istilik izolyasiyalı qabından istifadə edilir.

Biomaterialın aşağı temperaturada yüksək keyfiyyətli qabda saxlanılması iqtisa-di cəhətcə əlverişlidir. Hal-hazırda heyvandarlıq və təbabətdə vətənimizin buraxdığı 8 min qabdan və 6 min ABŞ və Fransanın buraxdığı qablardan istifadə edilir.

Kənd təsərrüfatı heyvanlarının süni mayalanması üçün süni mayalama stansiya və məntəqələrində geniş yayılmış tutumu 52 l olan 6 kanistrli SD-50 tipli qabdan istifadə edilir.

Duyar qablarının istismarında təhlükəsizlik qaydalarına düzgün riayət edilməli-dir. Belə ki, gözə, dəri örtüyünə maye azotun düşməsini mühafizə etməli, binada ven-tilyasiya almalı, qabın boğazlığına bağlamaq üçün kip qapaqdan istifadə edilməlidir.

Nəqliyyatda, həmçinin traktor yerdəyişəndə və b. yerlərdə aparan zaman çalış-maq lazımdırki. Zərbəyə məruz qalmasın, bir-birinə, banın divarına yaxud kabinəyə dəyməsin. Nəqliyyatın banında başqa bağlanılmayan əşyaların yəni domkrat, zəncir, lopatka, qab və b. şey olmasına icazə verilmir. Duyar qabının altına yumuşaqlıq verən altlıqlar qoyulmalıdır.

Əgər azotlu qablar minik avtomobilində yaxud sürücünün kabinəsində aparılırsa, o zaman kabinədə ventilyasiya olmalıdır. Təyarələrdə aparıldıqda isə qablar yarıya qədər maye azotla doldurulmalıdır.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin