HEYVANDARLIQDA ELEKTRIK TƏHLÜKƏSIZLIYI
Elektrik təhlükəsizliyi.
İnsan və heyvanın elektrik cərəyanı ilə zədələnməsinin əsas səbəbləri aşağıdakı-lardır:
Gərginlik altında olan cərəyanaparan hissələrə toxunmaq;
izolyasiyanın və ya qoruyucu quruluşların nasazlığı üzündən gərginlik altına düşmüş elektrik avadanlığının cərəyanaparmayan, lakin cərəyan keçirən hissələrinə toxunmaq;
addım gərginliyi altına düşmək;
elektrik qurğularının texniki istismar qaydalarının və təhlükəsizlik texnikası qay-dalarının pozulması.
İnsan elektrik cərəyanı ilə zədələndikdə cərəyan (toxumalara) qırmızı qan kürə-ciklərinin tərkibini pozmaqla qanda laxtalanma yaradır və nəticədə əzələ sisteminin yığılmasına səbəb olur ki, buna elektrik zərbəsi deyilir. Bu 1000 V-a qədər gərginlik-də baş verir. 1000 V-dan yuxarı gərginlikdə isə elektrik yanığı əmələ gəlir.
Insanın elektrik cərəyanı ilə zədələnməsinə təsir göstərən amillər aşağıdakılardır: bədəndən keçən cərəyanın qiyməti, cərəyanın növü, tezliyi, yolu onun təsir etmə müddəti, ətraf mühit və s. (havanın rütubəti və temperaturu, cərəyan keçirən tozun ol-ması).
Dostları ilə paylaş: |