Ju= (A). И a- addım gərginliyini,
И2- ikinci ayaqla yer arasında (torpaq) alınan gərginliyi, И1- birinci ayaqla tor-paq arasında alınan gərginliyi,
Ra- ayaqlar arasında qalan torpağın xüsusi müqavimətini, Ru- insan bədəninin müqavimətini göstərir.
Düsturdan görünürkü, addım gərginliyinə düşmüş insan və heyvan dayandırıcı torpağın xüsusi müqaviməti nə qədər çox olarsa, onun bədənindən bir o qədər az cə-rəyan keçəcək. Toxunma gərginliyi isə insan və heyvan gərginlik altında olan ava-danlığa toxunduqda baş verir.
ИT =Ju·Ru (B)
Ju = (A)
ИT = (В)
Toxunma gərginliyini aradan qaldırmaq üçün elektrik avadanlığının metal örtüyü sıfır xəttinə yaxud torpaqla əlaqələndirilməlidir.
Gərginlik altında olan avadanlığa toxunduqda onun təsirini azaltmaq üçün onun metal örtüyü sıfır xəttinə birləşdirilməli yaxud torpaqla əlaqələndirilməlidir.
Gərginliyi 1000 V-a qədər olan qurğuların neytralı yerlə birləşdirilmiş şəbəkələ-rində elektrik avadanlıqlarının metal örtüyü (gövdəsi) sıfır xəttinə birləşdirilir.
Gərginliyi 1000 V-a qədər olan qurğuların neytralı izolə edilmiş şəbəkələrin elektrik avadanlıqlarının metal örtüyü (gövdəsi) torpaqla əlaqələndirilir.
Avadanlığın örtüyünün torpaqla əlaqələndirilməsi.
Torpaqlayıcı kontur qurularkən hesabat aşağıdakı qaydada aparılır. Torpaqlayıcı-nın (lT) uzunluğu.
ℓT=(2÷3) m. götürülür.
Torpaqlayıcı məqsədilə metal borudan və ya düzbucaqlı en kəsiyə malik bucaq dəmirindən istifadə edilir. ℓ ≥2 ℓT
Borudan istifadə edərkən borunun diametri.
d=(25÷38)mm. götürülür.
Torpaqlayıcı elektrodun müqaviməti
RT = 0,366 (Om).
- torpağın xüsusi müqavimətini,
ℓT - torpaqlayıcı elektrodun uzunluğunu,
d - torpaqlayıcı elektrodun diametrini göstərir.
Torpaqlayıcı elektrodun yuxarı hissəsi səthindən aşağıda (olarsa) yerləşərsə, on-da torpaqlayıcı elektrodun müqaviməti.
RT=0,366 (Om)
h - torpaq sərhindən torpaqlayıcı elektrodun mərkəzinə qədər olan məsafəni göstərir d=0,95b.
Torpağa basdırılmış birləşdirici zolağın müqaviməti
RЗ=0,366 (Om).
b - zolağın enini göstərir.
Torpaqlayıcı elektrodların sayı
n= (əd) ln=2,3ld.
ηm - mövsümlük əmsalı,
RTəh =(4÷10) Om.- təhlükəsizliyi təmin edən müqaviməti,
η e - ekranlaşdırma əmsalını göstərir.
ηe=(0,75÷0,9).
Torpaqlayıcı elektroddun ümumi müqaviməti,
Rüm.= (Om).
Torpaqlayıcı elektrodlar arasındakı məsafə l ≥2 lT - götürülür.
Hesabat yolu ilə alınan rəqəmlərə əsasən qurulan torpaqlayıcı konturundan başqa təbii konturdanda istifadə edilir. Məs: bu məqsədlə binaların metal konstursiyaların-dan, su kəməri borularından və qızdırma sistemi borularından da istifadə edilə bilər. Lakin, qaz boruları kəmərindən, içərisindən yanıcı maye axan borulardan istifadə edilməsi qadağan edilir.
Gərginlik altına düşmək təhlükəsini aradan qaldırmaq sahəsində əsas yeri fərdi mühafizə vasitələri tutur.
Fərdi mühafizə vasitələri iki gərginliyə hazırlanır.
1) 1000 V-a qədər gərginliyə hazırlanan fərdi mühafizə vasitələri. Bunlara aşağı-dakılar daxildir.
1. Müqavimət artıran vasitələr, buraya rezin əlcəklər, botilər, kaloşlar, rezin aya-qaltı xalçalar, dəstəkləri izolə edilmiş alətlər, quru taxta materialdan hazırlanan ayaq-altı taxtadan və s.
2. Mexaniki zədələnmədən mühafizə vasitələri, buraya qoruyucu saxlayıcı kə-mərlər, eynəklər, koçtilər (qaynaqlar) və s. daxildir.
3. İşarə və göstəricilər. Bunlar 4 qrupa bölünür.
1) xəbərdaredici işarə və göstəricilər- buraya “Əl vurma öldürər”, “dayan yüksək gərginlik” var, “yüksək gərginlik” həyat üçün təhlükəlidir və s.
2) qadağan edici işarələr- buraya “bağlama adamlar işləyir”, “bağlama xətdə iş gedir ” və s.
3) göstərici işarələr- buraya “burada işlə”, “buradan qalx” və s.
4) xatırladıcı işarələr- buraya “xətti vurma xətt torpaqlanmışdır” və s.
Fərdi mühafizə vasitələrinin 2 qrupuna 1000 V-dan yuxarı gərginliyə hazırlanan vasitələr aiddir. Buraya yüksək gərginlik ayrıcıları, gərginlik indikatorları və s. daxil-dir.
Kənd təsərrüfatı binalarını ifrat gərginlikdən mühafizə etmək üçün ildırım ötü-rənlərdən istifadə edilir.
Dostları ilə paylaş: |