Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


Atmosfer elektrikləşməsindən mühafizə



Yüklə 1,16 Mb.
səhifə76/114
tarix13.02.2022
ölçüsü1,16 Mb.
#114355
1   ...   72   73   74   75   76   77   78   79   ...   114
AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari

Atmosfer elektrikləşməsindən mühafizə.
Atmosferdə statik elektrik yükləri su buxarlarının, sonra isə su damcılarının hava ilə sürtünməsi nəticəsində əmələ gəlir. Göyün yuxarı hissəsində daim mənfi elektrik yüklü buludlar, aşağı hissəsində isə müsbət elektrik yüklü buludlar hərəkət edir. Müs-bət yüklü buludların hərəkəti zamanı elektrostatik induksiya nəticəsində yer səthində əks işarəli elektrik yükləri yaranır. Potensiallar fərqi müəyyən böhran qiymətinə çat-dıqda normal şüalanma və kəskin səslə müşahidə olunan qığılcım boşalması (ildı-rım) yaranır.


İldırım kanalında cərəyan şiddəti 200.000 A-ə və gərginlik isə 150 milyon V-a, temperatur 6000-10.000°S-yə çatır. İldırım qığılcımının uzunluğu 100 və 1000 metr-lərlə olur və boşalma müddəti isə 0,1-1 san. davam edir.

İldırım boşalmalarının təsiri iki formada olur: 1) bir başa, 2) elektrostatik, elekt-romaqnit induksiyaları təsiri.

İldırım bina və qurğulara bir başa təsiri böyük dağıntılara, yanğınlara, partlayışa və bəzəndə insan tələfatına səbəb olur.

İldırım buludla, bulud arasında və buludla yer arasında gedən təbii elektrik bo-şalmasından ibarətdir.

Adətən ildırımlar lent, raket, kürə şəklində və zəncirvari formada olur. İldırım çox vaxt yüksək ağacları, dirəkləri, tikililəri vurur. Ona görədə təbii elektrik boşalma-ları zamanı belə hündür tikililərin yanında durmaq olmaz. İldırım zamanı axmayan suların, çayların və açıq düzəndə dayanmaq qorxuludur.

Kənd təsərrüfatı binalarını təbii elektrik boşalmalarından mühafizə etmək məq-sədi ilə ildırım ötürənlərdən istifadə edilir. İldırım ötürənlər çubuq, antena və tor for-masında olurlar. Bunlar içərisində ən çox çubuq formalı ildırım ötürənlərdən istifadə edilir. Ona görə ki, ildırım həmişə hündür tikililərə təsir edir.

Çubuq formalı ildırım ötürənlər aşağıdakı hissələrdən ibarətdir:

1) ildırım qəbul edən 2) ildırım ötürən 3) ildım boşaldıcıdan (torpaqlayıcıdan) ibarətdir. Hündürlüyü 60 m-dən az olan bir çubuqlu ildırım ötürənin mühafizə radiu-su aşağıdakı kimi hesablanır,

Əgər ; olarsa, onda Çx=1,5(h-1,25hx)m. hx≥ ; olarsa, Çx=0,75(h-hx)m. Belə ildırım ötürənlər kiçik həcmli binaları mühafizə etmək üçün istifadə edi-lir. Binalar böyük həcmli olan hallarda antena tipli və ildırımların sayı çox olan yer-lərdə isə tor şəkilli ildırım ötürənlərdən istifadə edilir. Belə ildırım ötürənlər binanın örtüyü üzərində yerləşdirilir və torpaqla əlaqələndirilir.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin