Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


Konstruksiya və materialların odadavamlığı



Yüklə 1,16 Mb.
səhifə92/114
tarix13.02.2022
ölçüsü1,16 Mb.
#114355
1   ...   88   89   90   91   92   93   94   95   ...   114
AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari

Konstruksiya və materialların odadavamlığı.
İnşaat materialları və konstruksiyalarının yanma qabiliyyəti müxtəlifdir. Məs, qeyri – üzvü materiallar yanmırsa, üzvü materiallar qızdırıldıqda alovlanır, gözərir və yanır. Bu materialların qarışığından hazırlanan materiallar isə od mənbəyinin təsirin-dən müxtəlif dəyişiklərə uğrayır.

Od və ya yüksək istilik təsirindən alovlanmayan, gözərməyən və kömürləşməyən materiallara yanmayan materiallar deyilir. Bu qrupa təbii inşaat materialları (qranit, mərmər, əhəngdaşı, çınqıl, qum, gil, asbest, kərpic, keramit, əhəng, sement, şüşə pambığı, dəmir-beton və s.) aiddir. Bu materiallardan hazırlanmış konstruksiyalar yanma-yan konstruksiyalar adlanır.

Od və ya yüksək istilik təsirindən çətinliklə alovlanan, gözərən və ya kömürlə-şən, od mənbəyi təsir etdikcə alovlanma davam edən, od mənbəyi kənar edildikdə isə alovlanma və ya gözərmə dayanan materiallara çətin yanan materiallar deyilir.

Bu qrupa, adətən yanmayan və yanan qarışıqlardan hazırlanan materiallar daxil-dir. Buraya asfalt-beton, gilli saman, mayelər hopdurulmuş ağac materiallar, gil məh-luluhopdurulmuş keçə və s. daxildir.

Çətin yanan, eləcə də səthi üzlüklə mühafizə olunmuş yanan materiallardan ha-zırlanmış konstruksiyalara çətin yanan konstruksiyalar deyilir.

Standart istilik rejiminin təsiri ilə konstruksiyanın mühafizəsi 15 dəq. ərzində yanmırsa, belə, konstruksiya çətin yanan konstruksiya hesab edilir.

Od və ya yüksək istilik təsiri ilə alovlanan közərən və ya kömürləşən, od mənbə-yi kənar edildikdə belə yanma və ya közərməsi davam edən materiallara yanan mate-riallar deyilir.

Bu qrupa ağac, dam örtüyü. Linollim, polivinilxlorid tavanlar, üzvi şüşə, istilik izolyasiyası materialları (kapronpambığı, asbest-ağac tavalar, naxış materialları, plas-tik şüşə və s.) aiddir. Bu materiallardan hazırlanan konstruksiyalara yanan konstruksi-yalar deyilir.




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin