Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmiri və bərpası ilə əlaqədar tədbirlər haqqında



Yüklə 5,37 Kb.
tarix09.07.2018
ölçüsü5,37 Kb.
#56304

Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmiri və bərpası ilə əlaqədar tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI



 

1896-1899-cu illərdə yevangelik-lüteran kilsəsi kimi inşa edilən, sonralar müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün istifadə olunan Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binası Bakı şəhərinin gözəl memarlıq abidələrindən biridir.

Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi və mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə alaraq, onun təmiri və bərpası məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmiri və bərpası üçün 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

 

İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 mart 2010-cu il



№ 795
Yüklə 5,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin