AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
FAKÜLTƏ : MALİYYƏ
KURS : 2
ADI : TAHİR
SOYADI : ABDULZADƏ
QRUP : 632
MÖVZU:ƏSAS VƏSAİTLƏRİN VƏ QEYRİ-MADDİ
AKTİVLƏRİN UÇOTU
Cəmiyyət daim inkişaf edir və öz bilik və bacarıqlarını bu inkişafa uyğun qurmağa və formalaşdırmağa çalışır.Cəmiyyətin keçmiş olduğu ayrı-ayrı mərhələlərdə müxtəlif uçot növlərinin formalaşması özünü göstərir.Bildiyimiz kimi bazar münasibətləri şəraitində istehsal prosesinin əsasını əmək vasitələri,əmək əşyaları və istehlak məhsullarının istehsalında insanın məqsədəuyğun fəaliyyəti kimi əməyin özü təşkil edir.Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli İ-94 saylı əmri ilə təsdiq edilmiş və 1 yanvar 1996-cı ildən qüvvədə olan <> a müvafiq olaraq 1 yanvar 1996-cı ildən sonra alınan əsas vəsait vahidinin və ya dəstinin dəyərinin minimum həddi 100 AZN həcmində müəyyən edilmişdir.
Bütün əsas vəsaitlər əldə edilməsinə və ya qurulmasına çəkilən xərclərin həcmindən, onların ödənilməsi qaydasından, xidmət müddətindən aslı olaraq, əsas vəsaitlərə (fondlara) və azqiymətli və tez köhnələn əşyalara bölünür.
Müəssisədə əsas vəsaitlərin uçotu üzrə tətbiq edilən ilk sənədlərin nümunəvi formaları Maliyyə Nazirliyinin razılığına əsasən DSK tərəfindən işlənib hazırlanıb. Bu uçot sənədlərin vahid metodologiyasını və göstəricilər sistemini təmin edir, habelə əsas vəsaitlərin bütün ilkin uçotunun təşkilini sadələşdirir və nizama salır.
Müəssisədə əsas vəsaitlərin uçotu onların nümunəvi təsnifatına müvafiq olaraq,mərkəzləşmiş qaydada təşkil edilir.Əsas vəsaitlərin obyektlər üzrə analitik uçotu müəssisənin mühasibatı tərəfindən nümunəvi formada inventar kartoçkalarında aparılır.Bütün inventar kartoçkalar hər bir obyektə ayrıca açılır.Əsas vəsaitlərin düzgün istifadə edilməsi,ölkənin iqtisadiyyatının gələcəkdə yüksəldilməsi üçün böyük əhəmiyyətə malikdir.Ona görə əsas vəsaitlərin yaxşı təşkil edilmiş mühasibat uçotu çox vacibdir.
Dostları ilə paylaş: |