Fraqmentlərlə bağlı sxem konspektləşdirmənin nümunəvi üsullarından biri olmaqla, mətnin daha parlaq strukturda təqdim edilməsini şərtləndirir. Bu zaman mətnin fraqmentləri (əsas təməl söz və ifadələr və s.) qrafik izahlı uzlaşmada rasional-lakonik konspekt quruluşu yaradır.
Sadə sxem konspektləşdirmənin fraqmentlərlə bağlı sxem üsuluna yaxındır. Lakin bu zaman konspekt tərtibatçısı onları şifahi yadda saxlamaq bacarığı nümayiş etdirərək müvafiq izahlar yazmır. Bu üsul konspekt, magistrantdan daha yüksək ixtisaslılıq tələbi edir. Əks halda belə konspektdən istifadə etmək qeyri-mümkündür.
Paralel üsulformasında konspekt 2 paralel səhifədə və yaxud da bir səhifəni 2 şaquli hissəyə ayırmaqla tərtib edilir. Bu zaman müvafiq olaraq hər iki hissədə yazılışların qeydiyyatı aparılır.