11. REFERATIN YAZILIŞ STİLİ Referatın yazılışında elmi nitq stilindən istifadə olunur. Elmi stildə nitqin intellektual fonu asanlıqla hiss edilir və bu stil özünəməxsus kompozisiya və konstruksiyalılığı ilə fərqlənir. Referat işi də daha çox elmi səciyyə daşıdığından onun yazılışında işlədilən anlayış, istilah və başlıcası isə əlaqələndirici ifadələr elmi mahiyyətdə və konstruksiyada verilməlidir. Burada fikir quruculuğunda məxsusi ifadələrdən istifadə olunmalıdır. Keçid konstruksiyalar adlanan bu ifadələr məntiqi, ənənəvi və üstün olaraq elmi analitik mahiyyətdə aşagıdakıları nəzərdə tutur: