13. REFERATIN YOXLANIŞI, FƏNN MÜƏLLİMİ TƏFƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ PREZENTASİYASI
Referat işi fənn müəllimi təfəfindən yoxlanılaraq, qiymətləndirilir.
Referat işinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməsi tövsiyə edilir:
-
müvafiq fənnin standart tələbləri üzrə magistrantın bilik və bacarığı;
-
tədqiqatın məqsəd və vəzifələrinin reallaşdırma xarakteristikası (referatda qoyulan problemin aktuallığı, yeniliyi, məqsədin düzgün formalaşdırılması və ona uyğun tədqiqat vəzifələrinin təyinatı, həll metodlarının doğru seçimi və əldə edilən nəticələrin inandırıcılığı, onların məqsəd və vəzifələrə müvafiqliyi);
-
arqumentlər və ümumiləşdirmələrin əsaslandırma səviyyəsi (mövzunun hərtətəfli açılışı - dolğunluq və dərinlik, materialın ifadə edilməsində məntiqilik və ardıcıllıq, arqumentlər və subutlar sisteminin korrektivliyi, nümunələrin xarakteri və düzgünlüyü, materialın illüstrasiyalılığı, magistrantın dünyagörüşü genişliyi, biliyin inteqrir xarakterliyi, ümumiləşdirmə bacarığı);
-
alınan nəticələrin keyfiyyəti və dəyəri (referat tədqiqatının bitkinlik dərəcəsi, nəticələrin mübahisəlilik və ya birmənalılıq ölçüsü);
-
ədəbiyyat mənbələrindən istifadə dairəsi və keyfiyyəti;
-
materialın yazılı ifadə mədəniyyəti;
-
tərtibat mexanikası və iş materialının ümumi hazırlanması keyfiyyətliliyi.
Referat işinin qiymətləndirilməsi formal xarakter daşımamalı, onun obyektivliyi işin həm müsbət və həm də mənfi cəhətlərinin vəhdətinə əsaslanır. Referatın qiymətləndirilməsi zamanı ədalətlilik təmin edilməli və qiymətqoymada seçimini müvafiq meyarlara istinad edərək, dolğun əsaslandırmalıdır.
Referat işinin prezentasiyası müvafiq fənn seminarında keçirilir. Magistrant prezentasiyaya hərtərəfili və ciddi hazırlaşmalı, çıxışını «Power Point» proqramında nümayiş etdirməlidir.
Referat prezentasiyasının strukturunu aşağıdakı komponenetləri əhatə edir:
-
işin adı;
-
magistrantın adı, soy adı və atasının adı;
-
tədqiqatın məqsədi və vəzifələri;
-
tədqiqat metodologiyası;
-
təhlili araşdırmalar;
-
nəticələr.
Prezentasiya prosesində magistranta dissertasiya işinin məzmunu ilə bağlı suallar verilir. Magistrantın cavabları qısa və motivləşdirilmiş olmalıdır. Müvafiq cavablandırmalardan sonra fənn müəlliminin rəyi dinlənilir və referat işi qiymətləndirilir. Referat işi fənn müəllimi tərəfindən məqbul hesab edildikdən sonra prezentasiyaya çıxarılır. Müəllim referat işini qeyri-məqbul hesab etdikdə o, magistranta yenidən işləmək üçün geri qaytarılır.
Müdafiədən sonra müvafiq referat işləri ixtisas kafedralarında saxlanılır.
ƏLAVƏLƏR
Əlavə 1
Referat işinin titul vərəqi
Dostları ilə paylaş: |