Azərbaycan döVLƏT İQTİsad universiteti «magistr hazirliği məRKƏZİ»


MƏTNİN KONSPEKTLƏŞDİRİLMƏSİ VƏ İNFORMASİYALARLA İŞLƏMƏ BACARIĞI



Yüklə 244,24 Kb.
səhifə9/39
tarix03.01.2022
ölçüsü244,24 Kb.
#42990
növüReferat
1   ...   5   6   7   8   9   10   11   12   ...   39
3. MƏTNİN KONSPEKTLƏŞDİRİLMƏSİ VƏ İNFORMASİYALARLA İŞLƏMƏ BACARIĞI
Mətnlə işləməkdə müasir əqli əsaslardan biri də başlıca fikri ayırmaqdır. İstənilən elmi mətndə iki növ - əsas və köməkçi informasiya təsbit olunur. Əsas informasiya mövzu və məsələnin məzmununun açılmasında prinsipial xarakter daşımaqla daha əhəmiyyətlidir. Buraya elmi anlayışların təyinatı, qanunların, nəzəri prinsiplərin və s. qısa və dürüst ifadəsi aiddir. Köməkçi informasiyanın təyinatı isə təqdim olunan materialın oxucu tərəfindən daha yaxşı mənimsənilməsidir. Bu tip informasiyaya müxtəlif quruluşlu kommentariyalar aiddir.

Konspektdə əyanilik və yazılışların müşahidə edilə bilməsi vəziyyəti vacib tələblərdən biri kimi çıxış edir. Buna görə də konspektləşdirmə prosesində əsas informasiyalar mümkün olduqca tam yazılır. Köməkçi informasiyalar isə buraxılır.

Konspektləşdirmə, bir növ məzmunca əsas informasiyanın ümumiləşdirmə və ixtisar etmə məqsədi ilə emal edilməsini əks etdirir. Ümumiləşdirmək - informasiyanı sxematik, tezislər, nəticələr, ayrıca başlıqlar, əsas yekunlar və s. formada daha ümümi etməkdən ibarətdir. Qiraət zamanı intuitiv olaraq bəzi söz və ifadələrdən başlıca keyfiyyətdə istifadə olunur. Belə təməl söz və ifadələr üstün mövqeli olmaqla, mətnin başlıca fikir və emosional yükünü daşıyır. Mühüm, üstün mövqeli söz, fikrin, materialı ümumiləşdirmənin ilk mərhələsini təşkil edir.


Yüklə 244,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin