səhifə 18/39 tarix 03.01.2022 ölçüsü 244,24 Kb. #42990 növü Referat
Tövsiyə xarakterli annotasiyalar əsərin tənqidi qiymətləndirilməsini əhatə edir. Burada əsərin əhəmiyyətini əsaslandıran aşağıdkı təyinatlar öz əksini tapır:
kitab və ya məqalə oxucu üçün niyə faydalı və maraqlıdır;
kitab və ya məqalədə oxucunun diqqətini nə cəlb etməlidir ;
elmin və texnikanın yeni nailiyyətləri ilə tanışlığın oxucunun ixtisasının artırılmasında nə kimi köməyi ola bilər.
Tövsiyə xarakterli annotasiyanın nümünəvi sxemi aşağıdakı kimidir:
müəllif haqqında məlumatlar (əsərin istiqaməti və müəyyən dərəcədə onun keyfiyyətini istiqamətləndirən təqdimatlar) ;
sualın mahiyyəti üzrə iradlar (annotasiya olunmuş əsərə oxucu diqqətini cəlb etmək üçün) ;
əsərin digər oxşar kitab və məqalələrə yanaşma əsasında qiymətləndirilməsi ;
Annotasiya olunan sənəd məzmunu və oxucu təyinatına görə də təsnif olunur:
ümumi annotasiyalar (sənədi bütünlüklə xatakterizə edən və geniş oxucu dairəsi üçün hesablanan) ;
xüsusiləşdirilmiş annotasiyalar (sənədin yalnız təyin edilmiş aspektlərdən , sırf mütəxəssis maraqları dairəsindən açıqlanması).
Dostları ilə paylaş: