Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Yusifli Zaur Əli oğlu



Yüklə 0,56 Mb.
səhifə1/5
tarix07.06.2018
ölçüsü0,56 Mb.
#52948
  1   2   3   4   5

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda

Yusifli Zaur Əli oğlu

Şəxsi sığorta fəaliyyətinin hesablanması



alətlərinin səmərəliliyinin artırılması yolları” mövzusunda

MAGİSTR DİSSERTASİYASI

İxtisasın şifri və adı: İİM 060403 “Maliyyə”

İxtisaslaşma: “Sığorta işinin təşkili”

Elmi rəhbər: Magistr proqramının rəhbəri:

dos.İbrahimova R.A. prof. Kərimov A.M.



Kafedra müdiri: i.e.d Ələkbərov Ə.Ə.

B A K I - 2 0 1 6

MÜNDƏRİCAT

GİRİŞ......................................................................................................3

Fəsil I. Sığortanın iqtisadi mahiyyəti və Azərbaycanda sığorta fəaliyyətinin təsnifatı....................................................................................................6

1.1. Bazar iqtisadiyyatı şəraitində sığortanın zəruriliyi, mahiyyəti və rolu...........................................................................................................6

1.2. Sığortanın formaları və növləri........................................................12

1.3 Azərbaycanda sığorta fəaliyyətinin təsnifatı.....................................26



Fəsil II. Sığorta işi və Azərbaycanda sığorta bazarının inkişafı.............31

2.1. Sığorta işinin iqtisadi əsasları..........................................................31

2.2. Sığorta nəzarəti sistemi....................................................................35

2.3.Azərbaycanda sığorta bazarı və onun inkişafı..................................41



Fəsil III. Şəxsi sığorta fəaliyyətinin təşkili əsasları..................................49

3.1 Şəxsi sığortanın mahiyyəti və növləri...............................................49

3.2 Şəxsi sığorta fəaliyyətinin maliyyə nəticələri və tarif siyasəti...........58

3.3 Şəxsi sığortada tariflərin hesablanması xüsusiyyətləri və onların təkmilləşdirilməsi....................................................................................64

Nəticə və təkliflər....................................................................................75

İstifadə edilmiş ədəbiyyat siyahısı..........................................................77

Referat....................................................................................................78

Rezume...................................................................................................81

Summary................................................................................................82

GİRİŞ


Mövzunun aktuallığı. Sığorta - iqtisadi münasibətlərin xüsusi növüdür. Sığorta işinin səmərəli formada təşkilinin və beynəlxalq standartlar səviyyəsinə uyğun olaraq inkişaf etdirilməsinin ölkə iqtisаdiyyаtının bаzаr münаsibətləri şərаitində möhkəmlənməsində mühüm iqtisаdi əhəmiyyəti qeyd edilməlidir. Ümumiyyətlə, inkişaf etmiş ölkələrın sığorta bаzаrlаrının inkişafı tаriхi göstərir ki, о, ölkə iqtisаdiyyаtının аrtım tеmpinə güclü təsirlər göstərə bilir. Bu cəhətdən qеyd еtmək lazımdır ki, sığorta – iqtisadiyyatın vacib strateji sahəsidir.

Ümumiyyətlə tarif siyasəti müəyyən edilərkən aşağıdakı məsələlərə diqqət verilməlidir:

- sığorta tariflərindən bacarıqla istifadə edilməsi sığorta işinin gələcək inkişafında möhkəm təminatdır;

- sığorta fondunun optimal səviyyəsinin müəyyən edilməsində sığorta tarifləri çox mühüm iqtisadi alət kimi fərqlənir;

- sığorta tariflərinin düzgün müəyyən edilməsi sığorta əməliyyatlarının maliyyə davamlılığının əsasını təşkil edir;

- şəxsi və əmlak sığortasında tarif dərəcələrinin qurulmasının özünəməxsus xüsusiyyətləri vardır. Şəxsi sığorta üzrə tarif dərəcələri riyazi və statistik qanunauyğunluqlar sistemi olan aktuar hesablaşmalar nəzəriyyəsi əsasında formalaşır..

Respublikamızda tarif siyasətinin növbəti təkmilləşdirilməsi zamanı sığorta tarifləri düzgün hesablanmalı, düzgün əsaslandırılmalı, obyektiv şərait nəzərə alınmaqla tarif dərəcələrinin differensiallaşdırılması diqqət mərkəzində saxlanılmalıdır.

Problemin öyrənilmə vəziyyəti. İqtisadi ədəbiyyatlarla və elmi məqalələrlə tanışlıq göstərir ki, Azərbaycanda sığorta fəaliyyətinin hesablanılması alətlərinin səmərəliliyinin artirilması yollarınin müxtəlif aspektlərini milli iqtisadçılardan B.A.Xankişiyev, M.X.Həsənli, Ə.Ələkbərov, D.A.Bağırov, N.N.Xudiyev, A.M.Kərimov öz elmi tədqiqatlarında araşdırmışdır.

Tədqiqatın obyekti milli sığorta bazarı seçilmişdir.

Tədqiqatın predmeti. Tədqiqatın predmeti kimi sığorta fəaliyyətində tariflərin təkmilləşdirilməsi istiqamətləri seçilmişdir.

Tədqiqatın əsas məqsəd və vəzifələri.Tədqiqat işinin əsas məqsədi sığorta tariflərinin qurulması metodikasını özündə əks etdirən normativ sənədlər qəbul edilməli və tarif siyasəti sahəsində qabaqcıl ölkələrin böyük sığorta kompaniyalarının təcrübəsi öyrənilməli, təhlil edilməli və onlardan respublikamızın yerli şəraitinə uyğun olanları tətbiq edilməlidir.

Tədqiqatın nəzəri-metodoloji əsasları.Tədqiqat işinin nəzəri və metodoloji əsasını Respublikanın qanunvericilik aktları(Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi,İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu),Azərbaycan Respublikası Prezidentinin fərmanı, ölkəmizin və xarici ölkələrin iqtisadçı alim və mütəxəssislərinin sığorta işinin nəzəri, metodoloji və praktiki tərəflərinin öyrənilməsinə həsr edilmış əsərləri o cümlədən müxtəlif yerli və beynəlxalq qurumların internet saytları təşkil edir.

Tədqiqatın informasiya bazası və işlənməsi metodları.Tədqiqatın aparılması zamanı istifadə edilən faktoloji, informasiya və statistik materialın mənbələri “ Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Dövlət Statistika Komitəsinin ,Azərbaycan Respublikasında fəaliyyət göstərən sığorta təşkilatlarının materialları, illik hesabatları təşkil etmişdir.Tədqiqat işində müxtəlif dövrü nəşrlər həmçinin internet şəbəkəsininin informasiya bazasından da istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi. Sığorta tarifləri elə qurulmalıdır ki, o nəinki sığortaçının sığorta olunanlar qarşısında öhdəliyini yerinə yetirməyə və xərcləri ödəməyə, habelə tariflərin xərclərdən artıq olmasını, yəni mənfəət əldə edilməsini də təmin etməlidir.Dissertasiyanın elmi yeniliyi əsasən bunlardan ibarətdir:

-tarif siyasətində differensasiya prinsiplərinin daha geniş tətbiq olunması və onların elmi cəhətdən əsaslandırlması;

-sığorta orqanlarında sığorta informasiyasının avtomatlaşdırılmış sistemlərindən istifadə edilməsi, avtomatlaşdırılmış iş yerlərinin yaradılması prosesinin sürətləndirilməsi;

-sığorta tariflərinin hesablanması həyata keçirilən sığorta müqavilələrinin sayı proqnozlaşdırılsın. Belə ki, risklərin həcmi sığorta portfelinin həcminin dəyişməsindən asılı olaraq dəyişə bilər;

-sığorta tarifinin hesablanması üçün əsas olaraq sığorta təşkilatının sığorta ödəmələrinin və səğorta haqlarının ekvivalenti bərabərləşdirilməlidir;

-sığorta portfelinin həcmi sığorta tarifinin ölçülərini əhəmiyyətli dərəcədə dəyişə bildiyi üçün səğorta tariflərinin hesablanmasını dəyişkən sığorta portfeli üzrə intervalın sonunda da yenidən hesablamaq lazımdır.



Tədqiqatın praktiki əhəmiyyəti. ondan ibarətdir ki, tədiqat işində əldə olunan nəticələr sığorta bazarında baş verən hadisələrin obyektiv qiymətləndirilməsində istifadə oluna bilər. Sığorta qiymətlərinin də düzgün müəyyən edilməsi tariflərin hesablanması və əsaslandırılması zamanı böyük əhəmiyyət kəsb etdiyindən onun təkmilləşdirilməsi də məqsədə müvafiqdir.

Tədqiqatın həcmi və quruluşu. Tədqiqat işi giriş,üç fəsil,doqquz paraqraf,nəticə vəədəbiyyat siyahısından ibarət olmaqla 82 səhifə həcmindədir. Tədqiqat işində müxtəlif cədvəl və sxemlər verilmiş, sığorta tarif düsturlarından istifadə olunmuşdur.
Fəsil I. SIĞORTANIN İQTİSADİ MAHİYYƏTİ VƏ AZƏRBAYCANDA SIĞORTA FƏALİYYƏTİNİN TƏSNİFATI

1.1 BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ SIĞORTANIN ZƏRURİLİYİ,MAHİYYƏTİ VƏ ROLU


Bazar münasibətlərinin yeni şəraitinə uyğun olaraq sığortanın təşkili prinsiplərinin köklü şəkildə yenidən həyata keçirildiyi, onun fəaliyyətində inhisarların aradan qaldırıldığı, sığorta bazarlarıının formalaşdığı, əhali arasında sığorta xidməti növlərinin genişləndiyi və onun keyfiyyətinin hərtərəfli yüksəlməsi istiqamətində şərait yarandığı, sığorta şirkətlərinin sabit maliyyə prosesərinin həll edildiyi bir vaxtda sığortanın rolu, yeri və mahiyyətini əsaslandırılmış şəkildə göstərmək tələb olunur.

Bazar iqtisadiyyatında əsas prinsip ondan ibarətdir ki, tələb və təklifin sərbəst dəyişməsi potensial sığortaçılar üçün zəruri olan sığorta xidmətləri növlərinin meydana çıxmasına stimul verir və mənfi maneələrə rast gəlinmir. Sərbəst qiymət əmələ gəlmə prinsiplərinə əsasən formalaşan tarif dərəcələrində müvafiq uyğunluq sığortaçılar arası sağlam rəqabət mühitinə imkanlar yaradır.

Sığorta, qarşılıqlı olaraq maliyyə kateqoriyası ilə əlaqəli olan iqtisadi kateqoriya kimi bilinir. Maliyyə sahəsindəki bir sıra əlamətlərə oxşar olaraq, sığorta da pul vəsaitləri dövriyyəsi və eləcə də pul vəsaitlərinin bölüşdürülməsi prosesində iştirak edə bilən müvafiq məqsədə malik fondların vəsaitləri formalaşdırılması və istifadəsi istiqamətində zərurilik təşkil edən məbləğlə əsaslandırılır. Eyni zamanda sığorta sahəsində maddi və müxtəlif itkilərin ödənilməsi istiqamətində nəzərdə tutulan gəlir və toplanan pul vəsaitinin bölüşdürülməsi ilə əlaqəli olaraq iqtisadi münasibətlər də xarakterikdir. Bu səbəblə əlaqəli olaraq sığorta, pul şəklindəki dəyərin ehtimal edilən dövriyyəsi ilə bağlı münasibətlər formasıdır.

Sığorta iqtisadi kateqoriyasının bir sira xarakterik əlamətlərini qeyd etmək lazımdır . Sığorta prosesində, sığorta hadisəsi səbəbilə maddi və fərqli itkilərin aradan qaldırılması istiqamətində yönəldilən pul vəsaitlərinın bölüşdürülməsi münasibətləri yaranır. Bu xüsusiyyətlərinə görə sığortanı daha çox içtimai istehsalın sığorta müdafiəsi kateqorıyasına yaxın hesab etmək olar. Bir və daha çox təsərrüfata dəymiş zərər məbləğinin müştərək formada bölüşdürülməsi ilə əlaqəli olaraq iştirakçıların arasında olan qapalı bölüşdürücü münasibətlər sığorta prosesləri üçün səciyyəvi cəhətdir. Zərərin bu formada qapalı şəkildə bölüşdürülməsi, zərərçəkən təsərrüfat sahələrinin ümumi əsasda sığorta iştirakçıları sayından az olması ilə əsaslandırılır.

Zərərlərin qapalı şəkildə paylaşdırılma proseslərində əsas cəhətlər sığorta iştirakçılarının təsbit edilən sığorta haqqlarının hesabına formalaşmış məqsədli təyinatlı maliyyə-sığorta fondlarının yaradılması mərhələsidir. Burada fondların vəsaitlərinin təkcə onu yaradan iştirakçılar tərəfindən istifadə edilməsi səbəbilə sığorta haqlarının ölçüləri, onların hər biri üçün paylaşdırılan zərərin payını göstərir. Bu səbəblə sığorta iştirakçılarının əhatə dairəsinin böyük sığorta haqqları ölçüsünün bir o qədər az, sığortanın isə daha əlverişli və keyfiyyətli olmasının əsas meyarıdır. Sığorta prosesində milyonlarla sığorta etdirən şəxs iştirak etdikdə və yüz milyonlarla obyekt sığorta olunduqda, minimum sığorta haqqları vasitəsilə maksimum itkinin ödənilməsi mümkündür. Zərərin qapalı şəkildə paylaşdırılması xüsusiyyəti sığortanı digər maliyyə kateqoriyaları ilə fərqləndirən əsas cəhətdir.

Sığortada itkilərin tək ərazi vahidlərinə görə deyil, həmçinin də müəyyən müddət daxilində bölüşdürülə bilinməsi mühüm əhəmiyyətə malikdir.Sığorta olunan təsərrüfat sahələri arasında sığorta fondlarının illik periodda ərazi baxımından səmərəli şəkildə paylaşdırılması üçün kifayət qədər geniş ərazilər və sığorta olunan obyektlər sayının əhəmiyyətli dərəcədə çoxluq təskil etməsi tələb edilir. Yalnız bu şərtlər daxilində, böyük əraziləri əhatə edən təbii fəlakətlərin baş verməsi nəticəsində dəyən zərəri bölüşdürmək olar.

Baş verən fövqəladə hadisələrin təsadüfi əlamətləri ilə əlaqəli formada itkilərin müddətə görə bölüşdürülməsi təsərrüfat ili çərçivəsini müddət baxımından aşa bilər. Fövqəladə hadisələrin bir neçə il baş verməməsi ehtimalı və ya onların baş verməsi müddətinin dəqiq məlum olmaması məlum məsələdir. Bununla əlaqədar ehtiyat fondunun yaradılması məqsədinə uyğun olaraq daxil olan sığorta ödənişlərinindən bir hissəsinin əlverişsiz hadisə baş verməyən il ərzində ehtiyatda saxlanılması zərurəti yaranır.

Sığorta müasir bazar münasibətlərində mühüm elementlərdən biri olmaqla iqtisadiyyatda spesifik funksiyaların yerinə yetirilməsi ilə əlaqəli olan maliyyə münasibətlərinə aid olunur. Bazar iqtisadiyyatının təsərrüfatçılıq baxımından sərbəst olan subyektləri, istehsal və təsərrüfat fəaliyyətinin fasiləsizliyinə təminlik yaratmaq istiqamətində iqtisadi münasibətlər sistemində, ixtisaslaşdırılmış yenidən bölgü münasibətlərini xarakterizə edə bilən sığorta müdafiəsinə hər zaman ehtiyac olur. Kapitalın yeni istehsal formalarına investisiyası ilə bağlılıq təşkil edən və mənfəət əldə olunması (və ya olunmaması) ilə əlaqəli sahibkarlıq risklərinin, ticarət, maliyyə və başqa əməliyyatların aparılması zamanı tərəfdaş tərəflər arasında yaranan təsərrüfat fəaliyyətilə əlaqəli riskləri və nəhayət, təsərrüfat subyektləri iradəsindən asılı olmayan bədbəxt hadisələr və bu xarakterli hallarla əlaqədar olan sığorta risklərinin bir-birindən fərqləndirilməsi lazımdır. Aydındır ki, təsərrüfat subyektkəri, ona dəymiş zərərlərin kompensasiya mənbəyində maraqlıdır. Bu da öz növbəsində xüsusi sığorta marağı faktının özünəməxsus olmasını şərtləndirir. Belə subyektlər əlverişsiz hallarda ona dəyən zərərlərə qarşı sığorta müdafiəsində hər zaman maraqlı olur.

Sığorta kateqoriyasının iqtisadi mahiyyətinin onun iqtisadi məzmunundan fərqləndirilməsi vacibdir. Məlum olduğu kimi mahiyyət daimi, məzmun isə dəyişkən formada, içtimai-iqtisadi formasiyaların hər birində özunəməxsus əlamətə malik olmaqla sığortanın içtimai-tarixi növlərini müəyyənləşdirir. Sığortaya verilmiş tərif onun iqtisadi mahiyyətini və müasir cəmiyyətdə olan məzmununu xarakterizə edir.

Sığorta işində iqtisadi mahiyyət onun ictimai məqsədlərilə ifadə edilən formalarından müəyyən xarakterik funksiyalarla fərqlənir . Funksiyalar ümumi formada sığorta işinin maliyyə sisteminin bir həlqəsi olmaqla özünəməxsus xüsusiyyətlərin aydınlaşdırılmasında istirak edən ayrilmaz tərkib elementidir. Sığorta aşağıda qeyd edilən formada 4 başlıca funksiyanı yerinə yetirir:



  1. risk funksiyası

  2. xəbərdarlıq funksiyası

  3. yığım başqa sözlə əmanət funksiyası

  4. nəzarət funksiyası

Sxem1.1

Əsas etibarilə funksiyalar arasında ən vacib olanı risk funksiyasıdir. Sığorta riskilə əlaqəli formada zərər dəyən təsərrüfat obyektlərinə pul yardımlarının göstərilə bilinməsi istiqamətində sığortadakı əsas təyinatla əlaqəli olduğu üçün risklilik funksiyası əsas funksiya olaraq qəbul edilir. Məhz risklilik funksiyası fəaliyyəti ilə əlaqəli olan dəyərin pul formasında məbləği, təsadüfi sığorta hadisələrinin baş verməsinə paralel olaraq, sığorta iştirakçıları arasında bölüşdürülür. Zərər hər zaman ortaya çıxa bilir və hətta hər il yenidən yaşana bilir. Sığorta qarşısındakı məqsədlərlə əlaqəli formada sığortaçı təşkilatlar zərərçəkənlərin təsərrüfat subyektlərini pul odənişi ilə təmin etməlidir. Bu əhatədə fəaliyyətdə olan sığorta riski funksiyasınin təkrar bölgü münasibətlərini həyata keçirməsi zəruridir. Təkrar bölgü münasibəti sığortanın mahiyyətini əks etdirməklə birgə, sığortada risk funksiyası həyata keçirilməsi prosesində mühüm rolu vardır.

Sığortanın xəbərdarliq funksiyasında əsas cəhət olaraq sığorta fondu vəsaitlərinin bir hissəsinin sığorta riskinin azaldılması tədbirləri maliyyələşdirilməsi istiqamətində olmasıdır. Xəbərdarlıq funksiyası əhaliyə və ya təsərrüfat subyektlərinə dəyən zərərlərin nəticələrini aradan qaldırmaq istiqamətində çağırışlar olmaqla fəaliyyət, əmlak həyat sığortası kimi sahələrdə sığortalanmanı nəzərdə tutur.

Sığorta ayırmalarının sığorta fonduna cəlb olunması səbəbilə sığorta həmçinin yığım funksiyalarını da yerinə yetirir. Sığorta vasitəsilə böyük məbləğdə pul vəsaitləri toplanılması maliyyə siyasətinin sabitliyin istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Sığortada digər bir mühüm funksiya sığortanın nəzarət funksiyası hesab olunur. Nəzarət funksiyası qeyd edilən digər funksiyaların nəticəsində ortaya çıxır. Bu funksiya konkret sığorta münasibətləri dövründə həmin funksiyalarla birgə meydana çıxır. Nəzarət funksiyasının sığorta fondu vəsaitləri formalaşdırılma və istifadəsi məsələləri ilə əlaqəli olduğu məlumdur. Sığorta nəzarəti qanunvericilik sənədlərinə uyğun formada keçirilməklə maliyyə nəzarəti həyata keçirilməsinin tərkibi formasında özünü göstərir.

Sığortanın sığorta fondundan əvvəl yaranmasının sübutu olaraq, cəmiyyət inkişafının erkən mərhələlərində sığorta fondu formalaşmasının mövcud olmamasına baxmayaraq itkilərin qarşılıqlı formada bölüşdürülməsini qeyd etmək olar. Sonrakı mərhələdə əməyin içtimai bölgüsündə əmtəə-pul münasibətlərinin inkişaf etməsinə əsasən sığorta iştirakçılar arasında itkilərin qapalı formada bölüşdürülməsi prinsipi sığorta fondunun formalaşdırılması üçün sığorta kateqoriyasının istifadəsi yarandı.

Sığortanın, sığorta fondu vəsaitləri təmərküzləşməsi istiqamətində meylli olması sığorta işinin təşkilində mühüm prinsiplərindən biri hesab edilir. Bu prinsipin qeyri-dövlət sığorta təşkilatları üçün məqsədyönlü istiqamət olması vacibdir. Qey etmək yerinə düşər ki, uzunmüddətli və itkisiz sığorta fəaliyyəti göstərilə bilinməsinə zəmanət bu prinsipin ən böyük üstünlüyüdür.

Sığorta zərurəti yenidən istehsal prosesində əsas xüsusiyyət olan fəaliyyətin fasiləsizliyinin təmin edilməsi zəruriliyi ilə əlaqəlidir. Istehsal qanunauyğunluğunun təbiət və basqa proqnozlaşdırılması çətin zərərli hadisələrin təsirindən pozulması ehtimalı hər zaman mövcuddur. Bu cəhət sığorta sistemini istehsal proseslərinin vacib elementlərindən biri edir.

Sığorta fəaliyyəti, bazar iqtisadiyyatı şəraitində sahibkarlıq obyekti formasında nəinki gəlirlər hesabına xərclərin qarşılanmasını ,eyni zamanda fəaliyyət əhatəsinə müvafiq olaraq mənfəət yaradılması proseslərini nəzərdə tutur. Qeyd etmək yerinə düşər ki, sığorta şirkətləri eyni zamanda sosial mahiyyət daşıdığına görə yüksək mənfəət hədəfləri ardınca qaçmamalıdırlar. Bu sığortaçı ilə sığortalılar arası ekvivalentlik prinsipinin pozulması olardı. Digər bir tərəfdən sığorta təşkilatlarının fəaliyyəti ilə yaranan mənfəət şərtilik xarakteri daşıyır.Çünki sığorta sistemində mənfəət yaradılması deyil, bölüşdürülməsi prosesləri bas verir. Bununla əlaqəli olaraq, sığorta sistemində mənfəət deyildikdə müsbət maliyyə nəticələri anlaşılır. Qeyd edək ki, sığortaçı tərəfin sığorta fəliyyətinin məqsədi təkcə böyük sosial əhəmiyyəti olan xidmət göstərilməsindən ,investisiya fəaliyyətinin məqsədinin isə yalnız mənfəət əldə edilməsi prosesindən ibarət olmayaraq onlar arası qarşılıqı əlaqələr mövcuddur. Bu hala muvafiq olaraq, investisıya fəaliyyətinin mənbəyi kimi mənfəət çıxış etdikdə, investisiya fəaliyyəti nəticəsində əldə olunan mənfəət ümumi formada sığorta əməliyyatlarının maliyyələşdirilməsinə istiqamətləndirilə bilinər. Yəni yeni sığorta növləri və məhsullarının mənimsənilməsinə və kadr hazırlığına yönəldilə bilər. Beləliklə, sığorta təşkılatları bazar iqtisadiyyatı şəraitində iqtisadi və sosial həyatın vacib təminatıçısı kimi mühüm əhəmiyyətə malikdirlər.

1.2. SİĞORTANIN FORMALARI VƏ NÖVLƏRİ


Sığorta cəmiyyətdə ictimai-iqtisadi həyatın bir sıra tərəflərini əhatə etməklə əhalinin sosial müdafiəsi istiqamətində əlavə təminatların verilməsi, baş verən təbii fəlakətlər, bədbəxt hadisə, qəzalar nəticəsində vətəndaşların sağlamlığına, fiziki və hüquqi şəxslərin fərdi əmlakına, habelə ətraf mühitə dəymiş zərərlərin ödənilməsinin təmin olunması istiqamətində konkret bir sahədə işləyən işçilərin fərdi qəza üzrə və ya konkret bir sahənin əmlakı sığortaya mütləq formada cəlb edilə bilər və sahibkarlıq riskinin zəmanətçisi olur. Sığorta nəinki sığorta hadisələri baş verən zaman büdcəni dəymiş zərərlərin ödənilməsindən azad edir, eyni zamanda uzunmüddətli investisiyaların mənbəyinə də çevrilə bilir.

Sığorta icbari və könüllü formada həyata keçirilə bilər. Cəmiyyət dövlətin timsalında icbari sığortanı müəyyən edir. Burada əsas istiqamət maddi zərərin ödənilməsi zərurəti və ya müxtəlif pul yardımlarının göstərilməsinin həm zərərçəkən şəxsin, həm də içtimai maraqlarına toxunan zaman sığorta etdirən şəxslərin müvafiq hissəsi tərəfindən təsdiq edilən sığorta tədiyyələrinin icbari qaydada ödənməsi nəzərdə tutulur. Sığortanın icbari növü sığorta müdafıəsinin prioritet obyektlərinə daha çox şamil olunur. Buna görə də sosial sığorta, tikililərin, vətəndaşlarda kənd təsərrüfatı heyvanlarının, hərbi xidmətçilərin, sərnişinlərin sığortası və sığortanın digər növləri əsasən icbari xarakter daşıyır.

İcbari və könüllü sığortanın optimum halda uzlaşa bilməsi ictimai istehsalın sığorta müdafiəsinin ümumi həcmini göstərən sığorta növləri sistemini formalaşdırmağa şərait yaradır.

İcbari sığortanın prinsipləri aşağıda qeyd edilən formalarda fərqləndirilir;

1. İcbari sığorta qanunvericilik vasitəsilə müəyyən edilir.

Bu qanunvericiliyə uyğun formada sığortaçı tərəf müvafiq obyektləri sığorta etdırməyə, sığorta etdirən şəxslər isə razılaşdırılan sığorta tədiyyələrini ödəməyə borcludur. Qanunda aşağıdakılar əhatə edilir;



  • icbari sığortadan keçəcək obyektlərin siyahısı;

  • məsuliyyət sığortası miqyasını;

  • sığorta təminatı səviyyəsini və ya normasını;

  • tarif stavkalarının müəyyən edilmə qaydası və yaxud tarif stavkalarına yerlərdə differensasiya etmə hüququ verməklə birlikdə onların orta ölçülərini;

  • sığorta tədiyyələrinin müntəzəm olaraq ödənilməsi;

Qanun bir qayda olaraq icbari sığortanın həyata keçirilməsini dövlətin sığorta orqanlarının öhdəliyinə verir.

2. Qanunda göstərilən obyektlərin icbari sığorta ilə btov şəkildə əhatə olunması. Bu istiqamətdə sığorta orqanları hər il ölkə ərazisində sığorta edilmiş obyektlərin qeydiyyatı, sığorta tədiyyələri hesablanmasını və müəyyən edilmiş vaxtda ödənilməsini təmin edirlər.

3. Qanunda göstərilən obyektlərə icbari sığortanın dərhal şamil olunması. Sığorta etdirən şəxs sığorta orqanına təsərrüfat sahəsi uzrə məqbul sığorta obyektinin meydana çıxması haqqında məlumat verməməlidir. Təsərrüfat əmlakı təcili surətdə sığorta sahəsinə daxil olunur. Növbəti qeydiyyat dövründə bu hal nəzərə alınaraq, sığorta etdirənə qarşı ödənməsi tələb edilən sığorta haqqı təqdim ediləcəkdir.

4. İcbari sığortanın həyata keçirilməsinin sığorta tədiyyələrinin ödənilməsi səviyyəsindən asılılığı olmur. Sığorta etdirən şəxs sığorta haqqını ödəmədiyi halda bu məbləğ məhkəmə vasitəsilə həmin şəxsdən alınır. Sığorta haqqı ödənilməmiş, lakin sığorta olunmuş əmlakın məhvi və ya zədələnməsi zamanı sığorta ödənişi sığorta tədiyyələri üzrə borcların saxlanılması ilə ödənilməlidir.

5. İcbari sığortada müddətsizlik əlaməti. Qanunlar sığorta etdirənin sığorta etdirdiyi əmlakdan istifadə etdiyi zaman daxilində qüvvədə olur və təkcə yararsız və köhnə əmlak sığorta olunmur. Əmlak basqa sığorta etdirən şəxsə ötürüldüyü müddətdə sığorta qüvvəsini itirmir. Sığorta ancaq sığorta olunmuş əmlakın tam məhvi zamanı qüvvəsini itirir.

6. İcbari sığorta üzrə sığorta təminatının normallaşdırılması. Sığorta ödənişinin ödənmə qaydası və sığorta qiymətinin sadələşdirilməsi məqsədilə hər hansı bir obyektin dəyərindən artiq məbləğlə və ya sığorta qiymətinə uyğun olaraq faizlə sığorta təminatı normaları müəyyən edilir.

İcbari şəxsi sığorta üzrə ümumi formada sığorta təminatının tam olaraq əhatə edilməsi, avtomatiklik və normallaşdırma prinsiplərinə əsasən təmin edilir. Lakin, o ciddi formada təsdiqlənmiş müddətə malik olmaqla yanaşı təmamilə sığorta haqqının ödənilməsindən asılı olmalıdır.

Sığortanın könüllü növləri isə aşağıda qeyd edilən prinsiplərə istinad edir;

1. Könüllü sığorta qanunvericilik vasitəsilə və könüllü formada tətbiq edilə bilir. Qanun vasitəsilə könüllü sığortadan keçməyə yararlı hesab edilən obyektlər və sığortanın daha ümumi şərtləri müəyyən edilir. Konkret şərtlər isə sığortaçı tərəfindən tərtib edilən sığorta qaydalarına muvafiq formada tənzimlənir.

2. Sığortada könüllü formada iştirak etmək sığorta etdirən şəxslər üçün xarakterik cəhətdir. Əgər sığorta etdirənin iradəsini əhatəli formada bildirməsi sığortanın şərtlərinə zidd olmadıqda sığortaçı obyektin sığortası barədə imtina etmək hüququna sahib olmur. Bu prinsiplə sığorta müqaviləsinin sığorta etdirənin ilk tələbi əsasında imzalanmasına zəmanət verilir.

3. Könüllü sığorta ilə seçimli əhatə dairəsinin təmin olunması sığorta etdirən şəxslərin bu proseslərdə iştirak etmə fikrini ifadə etmələri ilə əlaqəlidir. Bütün bunlara əlavə olaraq sığortanın şərtləri üzrə müqavilələrin bağlanması üçün məhdudiyyət formaları da vardır.

4. Könüllü sığorta istənilən zaman sığorta müddəti ilə məhdudlaşdırıla bilinir. Bu zaman müddət başlanğıcı və sonu xüsusi olaraq müqavilə hazırlanarkən razılaşdırılmalıdır. Belə ki, sığorta ödənişləri və ya məbləğləri sığorta müddəti ərzində sığorta hadisəsi baş verən zaman ödənilməlidir. Könüllü sığortanın fasiləsizliyini ancaq yeni müddətə müqavilənin təkrar formda yenidən imzalanması şərtilə təmin edilməsi mümkün olur.

5. Könüllü sığorta ancaq birdəfəlik və yaxud dövrü sığorta haqqlarının ödənilməsi vaxtı yerinə yetirilir. Könüllü sığorta müqaviləsinin qüvvəyə minmə mərhələsi birdəfəlik və ya ilk sığorta haqqının ödənməsi ilə şərtləndirilmişdir. Uzunmüddətli sığorta muqavilələri üzrə növbəti sığorta haqqı ödənməməsi halı müqavilənin qüvvəsini itirməsinə əsas səbəbdir.

6. Könüllü sığortada sığorta təminatı sığorta etdirənin istək və arzusundan asılı olur. Əmlak sığortasında sığorta etdirən şəxs əmlakının sığorta qiymətinin həddi çərçivəsində sığorta məbləği miqdarını təyin edə bilər. Şəxsi sığorta üzrə sığorta məbləğinin müəyyənləşdirilməsi müqavilə üzrə tərəflərin razılığına əsasən baş verir.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin