Buraxılış işinin məqsədi: Buraxılış işinin məqsədi uzunmüddətli aktivlərin uçotunun öyrənilməsi, eləcə də onların təkmilləşdirilməsi yollarının müəyyən edilməsidir.
Əsas vəsaitlərin mühasibat uçotunun əsas vəzifələri aşağıdakılardır:
- əsas vəsaitlərin daxil olması, daxili yerdəyişməsi, təmiri və xaric edilməsi üzrə əməliyyatların düzgün sənədləşdirilməsi və onların vaxtında uçotda əks olunması;
- bu xərclərin sığorta xidmətlərinin maya dəyərinə daxil edilməsi məqsədi ilə onların köhnəlməsinin düzgün və vaxtında hesablanması;
- hər bir inventar obyektinin mövcudluğuna və qorunmasına, eləcə də onlardan səmərəli istifadə olunmasına səmərəli nəzarət;
- Torpaq, tikili və avadanlıqlar üzrə tam amortizasiya olunmayan obyektlərin ləğv edilməsindən və ya silinməsindən yaranan zərərin dəqiq müəyyən edilməsi;
- cari və əsaslı təmirə ayrılan resursların səmərəli istifadəsinə nəzarət.
Dostları ilə paylaş: |