Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının dosenti



Yüklə 338,17 Kb.
Pdf görüntüsü
səhifə11/26
tarix31.12.2021
ölçüsü338,17 Kb.
#112854
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
UNEC 1636724919

s. aiddir.  Birləşmiş  Millətlər  Təşkilatının 1992-ci  ildə  Rio-de-Janeyro  şəhərində 


keçirilmiş  beynəlxalq konfransında dünya  ölkələrinin  perspektiv inkişafının 

mövcud ekoloji  problemlərin  hansı  yollarla  həll  edilməsindən  asılı olacağı  qeyd 

edilmişdir. Həmin konfransda “Davamlı inkişaf“ konsepsiyası qəbul edilmişdir ki, 

bu da bütün ekologiya üzrə fəaliyyət göstərən qeyri-hökumət və ekoloji təşkilatların 

proqram  sənədi  hesab  olunur. Qeyd  edilmişdir  ki,  ekoloji  problemlərin  həlli  ilk 

növbədə  iqtisadiyyatın  səmərələliyinin  artırılması  və  ətraf  mühitin  mühafizəsinin 

təmin olunmasından asılıdır. Rio-de-Janeyro şəhərində keçirilən konfransdan sonra 

2002-ci  ildə Yohannesburq  şəhərində  və  2012-ci  ildə  yenidən  Rio-de-

Janeyroda keçirilmiş Davamlı  İnkişaf  üzrə  Dünya  sammitlərində  davamlı  inkişaf 

prinsipləri yenidən təsdiqlənmişdir. 

Azərbaycan  Respublikasının  ekoloji-iqtisadi  strategiyası,  ətraf  mühitin 

mühafizəsi üzrə fəaliyyətin əlaqələndirilməsi, təbii ehtiyatların həm milli, həm də 

regional və beynəlxalq səviyyələrdə elmi cəhətdən qorunmasımövcud və gələcək 

nəsillərin ekoloji-iqtisadi maraqlarının daha səmərəli təminatına istiqamətlənmişdir. 

Azərbaycan  Respublikası  yenidən  müstəqillik qazandıqdan və  bazar 

iqtisadiyyatı yolununa  keçdikdən sonra ölkədə ətraf  təbii  mühitin  qorunması  üzrə 

müasir dövrün tələblərinə cavab verən yeni ekoloji siyasət işlənib hazırlanmışdır ki, 

onun da başlıca məramı mövcud və gələcək nəsillərin tələbatlarının ödənilməsi üçün 

təbii 

ekosistemlərin, iqtisadi resurs  potensialının  qorunmasından və  təbii 



sərvətlərdən kompleks istifadə edilməsindən 

ibarətdir. Ətraf 

təbii 

mühitin 


qorunması,  insan  cəmiyyətinin  sağlam ətraf  mühitdə mövcudluğu  və  təbii 

resurslardan əhalinin maddi  rifah  halının  yüksəldilməsi  üçün istifadəsi həyata 

keçirilən sosial- iqtisadi islahatlarda əsas yer tutur. 


Yüklə 338,17 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin