Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının dosenti



Yüklə 338,17 Kb.
Pdf görüntüsü
səhifə25/26
tarix31.12.2021
ölçüsü338,17 Kb.
#112854
1   ...   18   19   20   21   22   23   24   25   26
UNEC 1636724919

əməkdaşlığın genişləndirilməsi


- ekosistemlərin mühafizəsi və  yaxşılaşdırılmasında, həmçinin insanların 

normal  yaşayışı  və  fəaliyyətində  ekoloji  baxımdan  təhlükəsiz  olan  şəraitin 

yaradılmasının təmini; 

-  dövlətin  quru  və  su  hövzələrində  bələdiyyə  və  icra  hakimiyyəti 

qurumlarının qarşılıqlı əlaqəli fəaliyyətinin təmin olunması; 

- ölkə ərazisində  gələcək nəsillərin həyat və  fəaliyyətinə mənfi təsir  edən 

təhlükəli  və  fövqəladə  ekoloji  vəziyyətin  qarşısının  alınması  və  onun 

nəticələrinin  aradan  qaldırılması  üzrə  tədbirlərin  işlənib  hazırlanması  və 

davamlı həyata keçirilməsi

- təsərrüfat fəaliyyətin ətraf mühitə neqativ təsirinin aradan qaldırılması 

və ekoloji təhlükəsizliyin təmin edilməsinin tənzimlənməsi [1 ]. 

 Hüquqi  normalar  baxımından  ekoloji  təhlükəsizliyin  pozulması  nəticəsində 

insanların  həyat  fəaliyyətinə  və  sağlamlığına zərər vurulması  və  ya  təhlükə 

törədilməsi 

insan 

hüquq 


və 

normalarının 

pozulması 

sayılır. Bunun 

üçün qanunvericilik 

qaydalarını  pozan  müəssisə  və  təşkilatların, vəzifəli 

şəxslərin fəaliyyətinin dayandırılması  üçün qanunvericiliklə  nəzərdə  tutulmuş 

qaydada tədbirlərin görülməsi nəzərdə tutulur. 

Ekoloji təhlükəsizlik fəaliyyəti sahəsində maliyyələşdirilmə mənbələrinə ətraf 

mühitə ziyan vran subyektlərinin vəsaiti, ətraf mühitin mühafizəsi üzrə yaradılmış 

ekoloji fondun, dövlət və yerli büdcələrin vəsaiti, müvafiq ictimai fondlar, qrantlar 

və beynəlxalq qurumların maliyyə yardımı, habelə hüquqi və fiziki şəxslərin könüllü 

ianələri hesabına həyata keçirilir. Bu vəsaitlərdən istifadə qaydaları qanunvericiliklə 

müəyyən edilir [1]. 

Azərbaycan  Respublikasında  ətraf  mühitin  təhlükəsizliyinin  idarə  edilməsi 

ayrı-ayrı  şəhərlərin,  rayonların,  müəssisələrin  sanitariya  şəraiti  və  ətraf  mühitin 

qorunmasına cavabdeh olan müvafiq xidmətlərin iştirakı ilə aparılır. İdarəetmənin 

məqsədi ətraf mühitin vəziyyəti haqqında məlumatların yerli səviyyədən regional və 

qlobal səviyyələrə ötürülməsi prinsipinə əməl edilərkən əldə edilir. 

    Ekoloji  təhlükəsizlik  idarəetmə  səviyyəsindən  asılı  olmayaraq,  onun  idarəetmə 

obyektləri  təbii  komplekslər  və  sosial-təbii  ekosistemlərdir.  Buna  görə  ekoloji 



təhlükəsizlik  idarəetmə  sxemində  iqtisadiyyat,  maliyyə  qaynaqları,  hüquqi 

məsələlər, inzibati tədbirlər, təhsil və mədəniyyətin təhlili mütləq şəkildə istənilən 

səviyyədə mövcud olmalıdır. 


Yüklə 338,17 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin