Azərbaycan döVLƏT İQTİsad universiteti (unec)



Yüklə 3,39 Mb.
səhifə135/146
tarix01.01.2022
ölçüsü3,39 Mb.
#104027
1   ...   131   132   133   134   135   136   137   138   ...   146

MÜƏLLİF REZUME


Prof. Ədalət MURADOV

1995-ci ildə Kiyev Dövlət Universitetində doktoranturaya daxil olmuş və 1998-ci ildə “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1995-1999-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, Makroiqtisa­diyyat, İqtisadi Siyasət, Beynəlxalq İqtisadiyyat, Keçid İqtisadiyyatının ümumi nəzəriyyəsi fənlərini tədris etmişdir. 1998-1999-cu illərdə “ИБ Австрия Секюритз (Украина)» İnvestisiya Bankında “Postsovet keçid iqtisadiyyatlarının tranformasiyasının təhlili” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmış, Makroiqtisadiyyat, İqtisadiyyatın dövlət tənzimlənməsi, Azərbaycanın iqtisadi siyasəti fənlərini tədris etmişdir. 3 dərs vəsaitinin, 3 monoqrafiyanın, 3 tədris proqramının, 60-dan artıq elmi məqalənin müəllifidir.

Almaniyada “Sosial bazar iqtisadiyyatı”, Yaponiyada “Ümumdünya Ticarət Təşkilatına üzvlük”, ABŞ-da “Qanun layihələrinin hazırlanmasında icraedici və qanunverici orqanların əməkdaşlığı”, Hollandiyada “İnkişaf etməkdə olan ölkələrin ticarət danışıqçıları və inzibatçıları” və s. proqramlarda iştirak etmiş, UNCTAD-ın eksperti kimi fəaliyyət göstərmişdir.

Dövlət qulluğunun müşaviridir.

2009-cu ildən etibarən “Bakıelektrikşəbəkə” ASC-nin Müşahidə Şurasının Sədri, Dövlət büdcəsinin xərcləri üzrə Komissiyanın üzvü, Əmanətlərin sığortalanması Fondu Himayədarlar Şurasının üzvü, Dövlər Statistika Komitəsinin Metodologiya Şurasının üzvü, 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur.

5 mart 2014-cü il tarixindən Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib.


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin