P rof. Zahid MƏMMƏDOV
1988-ci il tarixində Leninqrad Maliyyə İqtisad İnsitutunun Bakı flialınının Maliyyə-Kredit fakultəsininin “Maliyyə -Kredit” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin “Pul tədavülü və bank işi” kafedrasına Ph.D qəbul olunmuş və “Türkiyənin kredit sisteminin inkişafinin əsas təmayülləri” mövzusunda Ph.D dissertasiya işini müdafiə edərək RF Ali Attestasiya Komissiyasının qərarı ilə ona Ph.D alimlik diplomu verilib. 1998 –ci il tarixində Türkiyə Cumhuriyyəti Mərmərə Universitetində Bankçılıq və finans ixtisası üzrə doktorluq disertasiyası üzrə ixtisaslaşmış komissiyanın qərarı ilə ona bankçıliq və finans elmləri sahəsində doktorluq alimlik dərəcəsi diplomu verilmişdir. 2007- ci il tarixində Rusiya Federasiyasının Dövlət Ali Attestasiya Komitəsinin qərarı ilə ona iqtisad elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 2012 ci il tarixində Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən ona professor elmi adı verilb.
Hal- hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Elmi fəaliyyətin təşkili və idarə edilməsi” departamentinin direktorudur.
Dostları ilə paylaş: |