AZƏRBAYCAN DOVLƏT
İQTİSAD UNİVERSİTETİ
Sərbəst iş №2
Ad:
Soyad:
Fakultə: Maliyyə və Muhasibat ucotu
Qrup:
Kurs: 1
Fənn: Azərbaycan dili və nitq mədəniyyəti
Muəllim:
Sərbəst işin adı: Azərbaycan ədəbi dilinin şöbələri haqqında.
Dili nəzəri cəhətdən orgənən elim dilcilik adlanir.
Dilciliyin muxtəlif bolmələri var onlar aşagidakilardi.
Fonetika-Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Ahəng qanunu-Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir.
Heca-Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir.Məsələn: və-tən, a-zad-lıq, dil-çi-lik və s. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait səs varsa, o qədər də heca olur. Heca bir saitdən də ibarət olur.
Vurğu-Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətli deyilməsi vurğu adlanır. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır. Dilimizdəki sözlərin çoxunda vurğu son hecadakı sait səsin üzərinə düşür.
Orfoqrafiya- Sözlərin duzgun yaziliş qaydasını örgənir
Orfoepiya- sözlərin duzgun tələffuz qaydalarindan bəhs edir
Leksikologiya- Söz dilin vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır. Leksikologiya yunanca iki sözdən–lexikos (söz) və loqosdan (təlim) ibarətdir. Leksikologiya dilçiliyin bir bölməsi olub, dildəki bütün sözləri öyrənir.
Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı və s. ifadə etməyə xidmət göstərir. Hər bir sözün ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Sözlərin leksik mənası izahlı lüğətlərdə öz ifadəsini tapır. Məsələn: kərə-əridilmiş yağ, şit yağ
Söz yaradıcıllığı- Söz yaradıcılığı dilçiliyin xüsusi bir bölməsidir. Bu bölmədə sözlərin yaranma üsulları öyrənilir. Dilimizdə söz yaradıcılığının iki əsas üsulu var:
1.Leksik şəkilçilərin köməyiilə yeni - düzəltmə sözlərin yaranması. Məsələn: su+çu, su+lu, su+la; gül+çü, gül+iük, gül+dan və s. Leksik şəkilçilərin köməyi ilə düzlətmə sözlərin yaranması qaydası morfoloji üsuladlanır.
2.İki müstəqil leksik mənalı sözün birləşməsi ilə yeni -mürəkkəb sözlərinyaranması. Məsələn: ayaq və qab ~ ayaqqabı, uca yə boy - ucaboy, aş və süzən = aşsüzən və s. Sözlərin bu cür yaranma qaydası isə sintaktik üsul adlanır.
Eyni köklu sözlər-Eyni bir kökdən düzələn sözlər eyniköklü sözlər adlanır. Məsələn: ov-ovçu-ovla (maq) - ovlaq;
Qramatika- dili bütün sahələri ilə ələ alıb, araşdıran elmin adıdır. Ərəb dilində sərf və məhv olaraq tanınan bu elm, qərb dillərində qrammatika olaraq adlandırılır. Bir dili səslərdən cümlələrə qədər, ehtiva etdiyi bütün komponentləri ilə, geniş bir şəkildə araşdıran elmə qrammatika deyilir. Qrammatika, digər bir çox qaydanın əksinə müəyyən bir qrup tərəfindən hazırlanmayıb, o dili istifadə edən insanların zaman keçdikcə lazımlı qaydaları yaratmalarından və ya mövcud olan qaydaları dilin inkişafına dəyişdirmələrindən meydana gəlib.
Qrammatika—sözlərin dəyişməsi və onların cümlədə birləşməsi qaydalarının məcmusudur. Qrammatika bizə nitqimizi düzgün qurmaq, fikrimizi səlis və aydın ifadə edə bilmək, sözləri cümlədə necə dəyişdirmək və işlətmək, onları bir-biri ilə necə əlaqələndirmək, hansı ardıcıllıqla düzmək və s. qayda-qanunlarını öyrədir.
Etimologiya - sözün mənasını öyrənən dilçilik sahəsi. Cəmiyyətin ictimai iqtisadi təcrübəsi olub, dərk etmənin mənbəyi, hipotez və nəzəriyyənin həqiqilik meyarı.
Etimologiya – [yun. etymologia – həqiqət] 1)cəmiyyətin ictimai iqtisadi təcrübəsi olub, dərk etmənin mənbəyi, hipotez və nəzəriyyənin həqiqilik meyarı; 2)sözlərin mənşəyini öyrənən tarixi dilçilik sahəsi. Etimologiyada sözlər və ya dil vahidləri qohum, yaxud qonşu dillərin oxşar vahidləri ilə tutuşdurulur, qanunauyğunluq əsasında ayrı-ayrı sözlərin milli mənsubiyyəti, inkişaf yolu, fonetik və məna dəyişmələri müəyyən edilir.
Etimologiyada sözlər və ya dil vahidləri qohum, yaxud qonşu dillərin oxşar vahidləri ilə tutuşdurulur
Uslubiyyət- dilin uslublar sistemini örgənir.
Dialektologiya- dialekt və şivələri öyrənir.
Onomastika-Onomastik vahidlər Azərbaycan ədəbi dilinin bədii üslubunun lüüət tərkibini zənginləşdirir, əsərin məzmununa, idе- yasına, surət хəttinə və.s хidmət еdir. Tarixi inkişaf boyu xalqın formalaşmasının bütün mərhələlərində iştirak edən onomastik vahidlərin tarixi-müqayisəli aspektdə tədqiqi əvəzsiz rol oynayır. Onomastika müasir dilçilikdə hərtərəfli tədqiqə ehtiyacı olan bir bölmədir. Azərbaycan dilçiliyində onomastikanın müxtəlif sahələrindən bəzi qrammatika kitablarında, monoqrafiyalarda, dərsliklərdə danışılmasına və geniş izahı verilməsinə baxmayaraq, onomastikanın ədəbi dilimizin bədii üslubunda öz həllini tapmayan nəzəri məsələləri vardır. Dilçilikdə “onomastika” sözünün iki mənası izah olunur: 1) dildə mövcud olan xüsusi adların hamısı; 2) dilçiliyin xüsusi adları öyrənən bəhsi.
Dostları ilə paylaş: |