R E F E R A T I
Buraxılış işinin mövzusu ““Modern” üslublu tarixi kostyumun əsasında müasir qadın geyimlərinin inkişafının təhlili” mövzusuna həsr edilmişdir.
Bölmə I üslubun anlayışı, yaranma tarixi, növləri, onun kostyuma tətbiq metodları haqqında məlumat verilmişdir. Qadın geyimlərində üslubun yaranma tarixinin informasiyası toplanmışdır. Formanın tərtibində üslub həllinin əsas xüsusiyyətləri qeyd edilmişdir. Müxtəlif növ qadın kostyumlarınada modern üslubunun formalaşması haqqında məlumat təqdim edilmişdir.
Bölmə II kostyumun kompozisiya quruluşunun predmentləri, eyni zamanda layihələndirilmiş geyimin strukturunda ayrı-ayrı hisələrin kompozisiya qanunlarına uyğunluğu ifadə edilmişdir. Müasir formanın tərtibində rəng seçimi, bütövlüyün rolu haqqında qeyd edilmişdir. Modern üslublu müasir qadın kostyumunun ifadə vasitələri formanın bütövlüyü, kompozisiya həlli öyrənilmişdir.
Bölmə III Modern üslubunun modaya və qadın geyimlərinə təsiri qeyd edilmişdir. Tarixi qadın kostyumların inkişafı, müasir dəbə uyğunluq xüsusiyyətləri haqqında ətraflı məlumat qeyd edilmişdir. XIX və XX əsr modern qadın geyimlərinin quruluşu, kostyumun forma elementləri haqqında məlumat qeyd edilmişdir. Geyimin modelləşdirlməsində tarixi üslubların əhəmiyyəti, formanın qadın proporsiyasına münasibliyi, detalların üslubda təcəssüm etdirilmə üsulları haqqında məlumat verilmişdir. Kostyumun erkən modern stilində formalaşmasında modelyerlərin fəaliyyəti araşdırılmışdır. Onların yaradıcılıq istiqamətinin geyimin kompozisiyasında rolu qeyd edilmişdir. Buraxılış işi nəticə və təkliflərlə, istifadə edilmiş ədəbiyyat siyahısı ilə yekunlaşır. Müasir tələblərə cavab verən buraxılış işindən moda sahəsində çalışan mütəxəssislər istifadə edə bilərlər.
Dostları ilə paylaş: |