Azərbaycan döVLƏT İQTİsad universiteti


Dizaynın inkişafında alman və rus məktəblərinin rolu



Yüklə 317,34 Kb.
səhifə11/25
tarix01.01.2022
ölçüsü317,34 Kb.
#102933
1   ...   7   8   9   10   11   12   13   14   ...   25
Dizaynın inkişafında alman və rus məktəblərinin rolu

Bauhauz - 1919-1933-cü illərdə Almaniyada fəaliyyət göstərən tikinti və bədii konstruksiya məktəbi və rəssamlıq assosasiyasıdır. Bauhauz dünya mədəniyyətində böyük hadisə və məşhur memarlıq, rəssamlıq və dizayn məktəbi olmuşdur. Bauhaus 1919-cu ildə Almaniyanın Veymar şəhərinin mədəni mərkəzi olan Saksoniyada tətbiqi incəsənət məktəbi şəklində təşkil olunub. Bauhauzun hədəfi bir memarlıq və sənətkarlıq məktəbi, incəsənət akademiyası yaratmaq idi. Bauhuzun yaradıcısı və ilk direktoru Valter Qropius idi. 1925-ci ildə Bauhauz Veymarda fəaliyyətini dayandırdı və Dessauaya köçürüldü. Valter burada Bauhauzu yenidən layihələndirmək imkanı qazandı. Kompleksin inşaat proqramına Bauhazun baş binası, müəllim emalatxanası olan evlər daxil idi. Məktəbin təntənəli açılışı 1926-cı ilin dekabrın 4-də baş tutdu. Açılışda məşhur siyasətçilər, xarici və alman memarlar, rəssam və alimlər iştirak edirdi. Bauhauz məktəbinin proqramı 6 ay ərzində təbliğ edilmə kursunun yaradılması və 7 bölmənin hər birində təhsil vaxtının 3 il müəyyən edilməsi idi. Burada daş heykəltəraşlığı, taxta üzərində işləmə, keramika üzərində işləmə, metal üzərində işləmə, şüşə üzərində işləmə, divar üzərində rəsm, parça üzərində naxış vurma sənətləri tədris edilirdi. Bauhauzun ən ali prinsipləri memarlar, heykəltaraşlar və rəngkarlara binanın ayrı-ayrı formalarının bütün hissələrinin ümumi olduğunu dərk etdirmək idi. Zamanla onlar öz əsərlərini mükəmməl memarlıq ruhu ilə doldura bildilər. Sənətkarlar və rəssamlar arasında prinsipial fərq yoxdur. Rəssamlıq sənətkarlığın ancaq yüksək pilləsidi.

Bauhauz 20-ci əsrdə memarlıq və dizayn sahələrində yeni axınlar yaratmış bir məktəbdir. Qurulduğu vaxtda dünyanın ən seçmə, ən müasir memarlarını, sənətçilərini bir araya gətirmiş və təhsil təşkilatı yaratmışdır. Bauhauz memarlıqda olduğu kimi, sənaye dizaynı və şəhərsalma kimi mövzulara da yenilik gətirmiş, yeni bir memarlıq axını yaradaraq sənətin bütün qollarına təsir etmişdir. Bauhauzun 1928-ci ildə direktoru Hannes Meyer təyin edilmişdir. Ondan sonra mməktəbdə sənaye dizaynının formalaşmasına təkan verilmişdir.




Yüklə 317,34 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin