Muncuq və ya asma bəzək. Hippilərin ən sevimli materialları ağac və metal olmuşdur. Asma bəzəklər muncuqlarla mütləq simvolikdirlər. Müasir hippilər arasında kristal asma bəzəklər dəbdədir.
Qolbaqlar (bilərziklər). Bu cür bəzəklər yalnız qızlar üçün nəzərdə tutulmamışdır. Kişi qolbaqları da geniş populyarlığa malik idi. Bu tip qolbaqlar ağac, metal, keramikadan, toxunma bilərziklər isə rəngli sap və ya muncuqlardan hazırlanırdı.
Birmənalı olmayan, lakin belə cəlbedici hippi üslubu bu gün öz 2-ci qayıdışını yaşayır. Altmədəniyyətin təbliğ etdiyi geyimlər, aksessuarlar hətta insanların düşüncə tərzində - sülh tərəfdarı və müharibə əleyhinə mövqedə olmaq qeyri-adi maraq doğurur. Rahatlıq, özünəməxsus gözəllik, sadəlik və təbiilik, eləcə də orijinal kontrastlıqlar bu gündə müasir dəbli tendensiyaların zirvəsindədir.