Azərbaycan döVLƏT İQTİsad universiteti


Hayratniklər və ya başın ətrafına sarınaraq bağlanan bağlar



Yüklə 3,87 Mb.
səhifə12/17
tarix01.01.2022
ölçüsü3,87 Mb.
#104209
1   ...   9   10   11   12   13   14   15   16   17
Hayratniklər və ya başın ətrafına sarınaraq bağlanan bağlar. Həm qadın, həm kişi nazik haşiyələri (obodok) dəridən, tekstil, sap, çiçək hətta metaldan hazırlanırdı. Hayratniklər başın ətrafına sarınan bağ olub, hippilərin əsas atributlarından biridir. İngilis sözü “hair”dən götürülüb mənası saç deməkdir. Bu aksessuar 60-70-ci illərdə yaranıb və o dəqiqə də hippi altmədəniyyətinin vacib fərqləndirici nişanələrindən birinə çevrilib. Onlar sap, muncuq və demək olar ki, əl altında olan istənilən materialdan hazırlanırdı. Hayratniklər həm estetik, həm də praktik funksiya daşıyırdılar. Onun istifadəsinə fəlsəfi yanaşırdılar. Bu aksessuarın köməyi ilə “özünkü”ləri daha tez tanımaq olurdu.

  • Sırğa. Hippi qadın sırğaları mütləq iri və rəngarəng olurdu. Bu aksessuar yalnız metaldan deyil, dəri, tekstil və ya rəngli ləkələrdən hazırlana bilərdi. Halhazırda hippi üslubunda hazırlanan sırğalar üçün istifadə olunan materiallar arasında polimer gil daha geniş yayılıb.

  • Eynəklər. Məşhur musiqiçi Con Lennonun üslubu bütün dünyada dairəvi formalı orijinal eynəklərə görə tanınır. Həmin vaxtlardan, eləcə də bu gün də bu cür kişi və ya qadın eynəkləri özünəməxsus gözəlliyə malikdir və həmişə də dəbdən kənar tendensiyalarda mövcuddur. Dairəvi formalı, parlaq şüşəli eynəklər məhz hippi altmədəniyyəti ilə asossasiya olunur.


  • Yüklə 3,87 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   9   10   11   12   13   14   15   16   17




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin