Tətqiqatın elmi və təcrübi əhəmiyyəti. Bələdiyyə vergiləri ilə bağlı yerli araşdırma və tətqiqatların az olduğunu nəzərə alsaq, bu işin elmi və təcrübi əhəmiyyətinin çox olduğunu qeyd edə bilərik. Belə ki, mövzuda yerli vergilərin yaranma və inkişaf prosesindən tutmuş respublikamızda tətbiq olunmasına qədər bir çox məsələyə toxunulması, digər şəxslərin də bu tətqiqatdan yararlanmasına və gələcəkdə öz araşdırmalarında istifadə etmələrinə imkan yaradır. Əlavə olaraq, xarici təcübənin araşdırılması və respublikamızın yerli vergi qanunvericiliyi ilə müqaisə edilməsi bu sahədə olan proplemləri görməyə və aradan qaldırmağa imkan verir.