GİRİŞ
Mövzunun aktuallığı. Bələdiyyələrin öz səlahiyyətlərini effektiv və səmərəli həyata keçirməsini şərtləndirən amillərdən biri də onların kifayət qədər maliyyə potensialına malik olmasıdır. Maliyyə imkanlarının zəif olması yerli orqanlara öz səlahiyyətlərini tam şəkildə yerinə yetirməyə imkan vermir. Bu baxımdan, yerli vergilər bələdiyyələrin əsas maliyyə mənbələrindən hesab olunur. Yerli vergi sisteminin düzgün qurulması, effektiv nəticə verməsi ölkə iqtisadiyyatına, yerlərdə əhalinin rifah halına da müsbət töhvələr verir. Belə ki, bələdiyyələr özlərini lazımi maliyyə ehtiyacları ilə təmin etsə, dövlət də dotasiya, subvensiya və digər büdcə ayırmaları etmək məcburiyyətində qalmaz.
Bələdiyyələr ev təsərrüfatlarına ən yaxın qurum hesab edilir. Onlar vergilərdən istifadə edərək, əhalinin yaşayış səviyyəsinə, işsizlik dərəcəsinə və.s təsir edə bilər. Lakin bunları həyata keçirmək üçün onlara dövlət tərəfindən müvafiq səlahiyyətərin verilməsi vacibdir.
Bələdiyyələrin vergi sisteminin düzgün qurulması, investisya və yatırımlara da birbaşa təsir edən amillərdəndir. Və geniş aspektdən yanaşdıqda, bu məsələ ÜDM-də müsbət əksini tapa bilər. Çünki, bu investisya fəaliyyətləri sayəsində yeni iş yerləri açılır və əhalinin məşğulluq səviyyəsi artır.
Həmçinin yerli vergilərdən dövlətin iqtisadi siyasətini həyata keçirmək məqsədilə bir alət kimi də istifadə oluna bilər. Əsasəndə fiskal siyasətin həyata keçirilməsində digər vergilərlə yanaşı, yerli vergilərdən də istifadə olunur.
Dostları ilə paylaş: |