13.2. Qiymətlərlə kredit arasında qarşılıqlı əlaqə
Bazar iqtisadiyyatında qiymətqoyma pul-kredit sistemi ilə sıx asılılıqdadır. Kredit əksər hallarda pul formasında verildiyi kimi digər formada əmtəə (maddi) formasında da verilə bilər. Qiymət yalnız dəyəri ifadə etmir, həm də əmtəənin hərəkəti ilə yəni onun alınıb-satılması ilə bağlı olduğundan və tələb-təklif qanunu ilə tənzimləndiyindən belə hərəkət ikitərəfli xarakter daşıyır. Bununla da qiymət kreditdən fərqlənir. Çünki, kreditdə dəyər formalarının hərəkəti çox vaxt birtərəfli olur.
Qiymətlərin hərəkəti vasitəsilə yenidən bölüşdürmə proseslərinin həyata keçirilməsinin obyektiv zərurəti sənayenin hasilat və emaledici sahələrinin xidmət sferalarının ayrı-ayrı məhsul növləri üzrə balansın pozulması ilə şərtlənir.
Vəsait çatışmazlığı kredit və pul emissiyasının köməyi ilə tamamlanır. Ona görə də onların maliyyələşdirilməsi kommersiya bankları vasitəsilə tələb-təklifin kreditləşdirilməsi yolu ilə həyata keçirilir. Kommersiya bankları kredit verən zaman elə müştərilər seçirlər ki, onlar həm ssudanı vaxtı-vaxtında qaytarsınlar, həm də banklara mənfəət vermiş olsunlar. Əgər bankın kredit qoyuluşu vaxtında qaytarılmazsa, onda ssudanın verilməsi dayandırılır.
Qiymət artımı dolayı yolla kreditin inkişafına səbəb olur. İstehsal-texniki təyinatlı məhsulların əsas növlərinin, kənd təsərrüfatında satınalma qiymətlərinin, ticarət vasitəsilə realizə edilən istehlak qiymətlərinin artması istehsalın və dövriyyənin xərclərinin kəskin artmasına səbəb olur. Nəticədə müəssisələr lazım olan xammal, material, avadanlıqları öz vəsaiti hesabına ala bilmir və ssuda almaq üçün kommersiya banklarına müraciət etməli olurlar.
Kreditləşdirmə üçün lazım olan azad pul ehtiyatlarının məhdudlaşdırılması bir tərəfdən kredit əməliyyatlarının inkişafını şərtləndirir, digər tərəfdən ona olan qiymətin artmasına şərait yaradır. Kreditdən istifadəyə görə faiz dərəcələri artır və eyni zamanda kreditləşdirmə obyektlərin dairəsi azalır.
Tələb-təklifdə istifadə olunan və bahalaşmış kredit hesabına əldə edilən dövriyyə vəsaitləri istehsal edilən məhsulun maya dəyərinin artmasına gətirib çıxardır. Buraxılan məhsulun qiyməti daimi artaraq inflyasiyanı gücləndirir. Bu zaman müəssisələrin özləri qiymətlərdə inflyasiya xərclərini kompensasiya etmək üçün xərc artımını nəzərə almağı çalışırlar.
Verilən kreditin həcminin müəyyən edilməsində, qiymət mühüm əhəmiyyət kəsb edir. Ssuda konkret maddi material-əmtəə sərvətlərinin alınması və müəyyən qiyməti olan xərcləri yerinə yetirilməsi üçün verilir. Ona görə də kreditləşdirilən əmtəə-material sərvətlərinin qiyməti nə qədər yüksək və xərclər nə qədər çox olarsa, digər bərabər şərtlər zamanı təsərrüfatlara və yaxud ayrı-ayrı şəxslərə verilən ssudanın həcmi bir o qədər çox olacaq.
Adətən əmtəə-material sərvətlərinin kreditləşdirilməsi onların alınması qiyməti ilə borc alınan nəqliyyat xərcləri də nəzərə alınmaqla aparılır. Kreditləşdirilən əmtəə-material sərvətlərinin qiymətləndirilməsi eyni deyil, yəni bu onların hərəkətinin mərhələsindən asılı ola bilər. Məsələn, əgər söhbət alınan istehsal materiallarından (xammal, əsas və köməkçi material, yanacaq və s.) gedirsə, onda kreditləşdirmə, alınma qiymətinə faktiki qaimə xərclərinin əlavə edilməsi yolu ilə aparılır. Yolda olan və yaxud təchizatçının sərvətləri adətən daha yüksək qiymətlə qiymətləndirilir, çünki borc alan hələ əlavə xərcləri çəkməyib.
Kreditləşdirilən əmtəə-material sərvətlərinin və xərclərinin qiymətləndirilməsi zamanı tətbiq edilən qiymət bir qayda olaraq borc alanın xərclərini ödəyir və onun dövriyyə vəsaitlərinin tam dövr etməsi üçün şərait yaradır. Öz növbəsində verilən kreditlərin həcmi kreditləşdirilən əlavə material sərvətlərinin və xərclərinin ümumi qiymətinə dolayı təsir göstərir. Çox vaxt ssuda faizi mənfəətin bir hissəsi olub və yaxud əldə edilən əmtəə-material sərvətlərinin qiymət tərkibinə daxil olan dövriyyə xərclərinə daxil edilir.
Müasir dövrdə qiymətəmələgəlmə və kredit arasında qarşılıqlı fəaliyyət və asılılıq bank qiymətlərinə tələb və təklifin, eləcə də əmtəə, fond və valyuta bazarlarında rəqabətin güclənməsinin təsiri altında baş verir. Göstərilən asılılığa bankların özlərinin bu və ya digər xidmətlərinin gəlirliliyi dərəcəsini müəyyən etmək sahəsindəki siyasəti də əhəmiyyətli təsir güstərir. Başqa sözlə, bankların fəaliyyətində mühüm məsələ onlar tərəfindən ayrılmış ssudalara görə ödənişlərin hesablanması qaydalarını tədqiq etməkdir. Bu ödəniş “kreditin qiyməti” formasını qəbul edir.
Kreditin qiymətinin real göstəricisi faiz norması və ya dərəcəsidir.
Faiz dərəcələri əsasında bankların faiz siyasətinin əsas prinsipləri də müəyyən edilir. Həmin prinsiplər dərin şərh edilməlidir.
Məlumdur ki, kreditin qiymətinin dəyişməsinə bir sıra daxili və xarici amillər təsir güstərir. Xarici amillərə ölkədə pul-kredit siyasəti və kredit xidməti bazarında rəqabət aid edilir. Göstərilən amillərin təsiri xarakteri və dərəcəsi öyrənilməlidir. Xarici amillər kreditin kəmiyyəti, ödənilməsi müddəti, bankla borcaları arasında münasibətlərin xarakteri, kredit əməliyyatlarından mənfəətin əldə edilməsi və kreditin qaytarılmaması riskinin dərəcəsini əhatə edir.
Faiz dərəcələrin ölçüsü ardıcıl olaraq aşağıdakı göstəricilərdən asılıdır:
1. Inflyasiya. Nominal faiz dərəcələri elə bir səviyyədə müəyyən edilməlidir ki, bütün investisiyalaşdırma dövründə gözlənilən inflyasiya tempini bağlaya bilsin.
Dostları ilə paylaş: |