Azərbaycan döVLƏT İQTİsad


GİRİŞ Mövzunun aktuallığı



Yüklə 464,21 Kb.
səhifə2/28
tarix10.01.2022
ölçüsü464,21 Kb.
#107929
1   2   3   4   5   6   7   8   9   ...   28
GİRİŞ
Mövzunun aktuallığı. Respublikamız iqtisadi müstəqillik qazandıqdan sonra iqtisadiyyatı bazar yönümündə inkişaf etdirmək üçün təsərrüfat fəaliyyətinin bütün sahələrində köklü iqtisadi islahatlar həyata keçirirlər. Ötən dövrlər ərzində reallaşdırılmış iqtisadi islahatların müsbət və mənfi сəhətlərini dərindən təhlil etmək yolu ilə milli iqtisadiy­yatın dir­çəl­məsinə imkan verən tədbirlər sisteminin elmi cəhətdən əsaslan­dırıl­ması günün vaсib problemlərindən biridir.

Bu baxımdan material axınların idarəedilməsi və tənzimlənmə­sini «sərt» və «сiddi» bölgü mexanizmi ilə həyata keçirən mərkəzi idarəetmə orqanlarının ləğv edildiyi və tədavül sferasında yeni keyfiyyət dəyişiklikləri baş verdiyindən müasir iqtisadi şəraitdə istər müəssisə daxilində, istərsə də ayrı-ayrı bazar subyektləri arasında material axınlarının fiziki bölüşdürülməsinin təşkili və idarə edilməsinin zəruriliyi meydana çıxır. Material axınının idarəedilməsi materialların bölgü kanallarında və müəssisələrdə yerləşdirilməsi, saxlanması, ehtiyatların yaradıl­ması, satışın həya­ta keçirilməsi və nəqletmə proseslərini əhatə etməklə sistemli yanaşma prinsipinə əsaslanır. Daha doğrusu xammalın hasilatdan başlayaraq əm­tə­ənin sonuncu istehlakçıya çatdırılması onların arasında vaxt intervalının qısal­dılmasını nəzərdə tutur. Başqa sözlə axınların idarəedilməsi material ehtiyatlarının azaldılmasına, öhtələrin istehsal yerlərinə çatdırılma tezliyinin artırılmasına, infor­masiya alma prosesinin sürətləndirilməsinə, servis səviyyəsinin yüksəldilməsinə imkan verir.




Yüklə 464,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin