2.4.Təsərrüfat subyektlərinin logistik idarəetmə sisteminin təkmilləşdirilməsi
Material axınlarının proqnozlaşdırılması dedikdə gələcəkdəhər hansı zaman kəsiyində məhsula tələbatın gözlənilən səviyyəsinin qiymətləndirilməsini nəzərdə tutur. Gələcək tələb haqqındakı bizim proqnozumuz fərziyyədir. Buna baxmayaraq satış bazarları və bölgü kanallarının təhlilində müəyyən metodikadan istifadə etdikdə fərziyyəyə nisbətən proqnozların tətbiqi daha böyük əhəmiyyət kəsb edir. Başqa sözlə ifadə etsək, proqnoz elmi surətdə əsaslandırılan fərziyyədir. Odur ki, proqnozlaşdırma qarşısında qoyulan tələb müvafiq qiymətləndirmə olmalıdır. Material axınlarının idarəedilməsi prosesində proqnozlaşdırmanın əhəmiyyətini yüksəltmək üçün material axınlarının hərəkəti üzrə uzunmüddətli təqvim planları tərtib etməklə onların ən optimal istifadə istiqamətlərinə yönəldə bilən proqnoz qiymətləndirmə sistemi yaratmaq lazımdır.
Bu zaman material axınları vaxtının, yəni tədavül vaxtının uzunluğu ən azı bu axınları idarəedən sistemin idarəçiliyi məsələlərinin həllinə hazır olması və onların reallaşdırılmasına kifayət etməlidir.
Belə bir vəzifə-problemi istehsal müəssisələrində material axınlarının həcminin və istehsal xidmətilə əlaqədar nəqliyyat vasitələrinin sayının, həm də onların gələcək inkişafının proqnozlaşdırılması ola bilər. Proqnoz, real məqsəd və vəzifələr qoyula bilən, başqa sözlə istehlakçılara xidmət zonası və bu istehsala xidmət üçün lazım olan nəqliyyat vasitələrinin fəaliyyət sərhəddi müəy-yənləşdirilir.
Bu nöqteyi-nəzərdən proqnoza plan işinin ilkinl mərhələsi kimi baxmaq olar. Məhz, nəzərdə tutulan mərhələdə o qarşıya hər hansı konkret tapşırıq qoymur, lakin strategiyanın işlənib hazırlanması üçün lazım olan materiallara malik olur. Strateci proqnozlaşdırmanın aparılması üçün daşınmanın gələcək inkişafının ehti-malı haqqında möhtəbər və etibarlı informasiya mənbəyi tələb edir.Bu mənbədən isə informasiyalar verilmiş obyektiv şərtlər daxilində konkret müddətdə alın-malıdır. Proqnozun əhatə müddəti eyni zamanda proqnoz mülahizələrinin təfsil-ləşdirmə (dəqiqləşdirmə) dərəcəsi ilə də əlaqələndirilməlidir.
Beləliklə, hər bir konkret halda proqnozlaşdırmananın optimal variantının və neft maşınqayırma kompleksinə aid edilən müəssisələr üçün topdansatış müəssisə-lərindən istehsal-texniki təyinatlı məhsulların (ilkin xammal və mate-rial resurs-larının) daşınmasını həyata keçirmək üçün planlaşdırmanın elmi cəhətdən əsaslan-dırılmış metodunu seçmək lazımdır.
«İmpuls», «Atilla Kompani» «Stal» və digər topdansatış müəssisələrindən əsaslandırılmış daşımanın həcmi (Qp) aşağıdakı formula ilə müəyyən edilir.
burada – H pr- bir milyon manat anbar əmtəə dövriyyəsinə düşən tonlarla xüsusi daşıma həcmini xarakterizə edən göstərici;T- milyon manatlarla anbar əmtəə dövriyyəsinin həcmidir.
Bir milyon manatlıq əmtəə dövriyyəsinə düşən xüsusi daşınma həcmi göstərici (H pq) aşağıdakı kimi müəyyənləşdirilir:
Burada - Hrq -tonlarla bir milyon manat əmtəə dövriyyəsinə düşən daşıma həcminin hesabı göstəricisi;Up,Ur-yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsinin plan və faktiki səviyyəsi;Mp,Mr- qeyri mərkəzləşdirilmiş daşımaların plan və faktiki xüsusi çəkisidir.
Xüsusi çəki göstəricisini korrelyasiya təhlilinin köməyi ilə hesablamaq olar. Bu zaman yükləmə-boşaltma işlərinin mexanikləşdirmə səviyyəsinin və qeyri-mərkəzləşdirilmiş daşınma səviyyəsinin ona təsiri nəzərə alınmalıdır:
Yuxarıda qeyd edilən formaların dəqiq təhlilini aparma, daha doğrusu, xüsusi daşınma həcminin hesablanması üçün aşağıda verilmiş ilkin məlumatlara əsaslanmaq lazımdır (cədvəl 2.8).
Bir milyon manatlıq əmtəə dövriyyəsinə düşən daşınma həcminin dinamik sırası əsas verir ki, onun hesabat illəri üzrə dəyişməsi əyrisini hiporbola əyrisinə bənzədək. Odur ki, hesabat dövründə bu göstəricinin ümumi dəyişməsi perspektiv dövrdə onun dəyişmə xarakterinin proqnozlaşdırılması üçün əsas ola bilər.
Cədvəl 2.8
Xüsusi daşınma həcminin hesablanması
Dostları ilə paylaş: |