Sinqapur Cənub Şərqi Asiyada Malayziyanın cənubunda Sinqapur boğazının sahilində yerləşir. Şimalda Yohor boğazı Sinqapur ilə Malayziyanı, cənubda isə Sinqapur boğazı Sinqapur ilə İndoneziyanı ayırır. Ekvatordan 137 km şimaldadır. Ərazisi 710 km²-dir. Meliorasiya tədbirləri ilə sahəsi böyüdülür. Sinqapurun əhalisi 2012-ci ildə aparılan hesabalmalara görə 5 312 400 nəfər, əhali sıxlığı isə hər kvadrat kilometrə təxminən 4488 nəfərdir. Onlardan 3,25 milyonu (63%) yerli vətəndaşlar, qalanları isə (37%) isə xarici işçilərdir. Əhalinin 23%-i başqa ölkələrdə anadan olmuşdur. 2011-ci ilin statistikasına əsasən Sinqapurda daimi yaşayan əhali 500 min nəfərdir. Əhalinin orta yaş həddi 37 yaşdır. Sinqapur haqqında ilk məlumat III əsrə aid Çin salnamələrində verilmişdir. Ada, mərkəzi Sumatra olan Şrivicaya imperiyasının ərazisi olmuşdur. Yava dilində bu imperiya Temasek adlanırdı. Temasek müəyyən dövr ərzində mühüm ticarət mərkəzi olmuş, sonralar öz əhəmiyyətini itirmişdir. Onun haqqında ayrı-ayrı arxeoloji tapıntılar istisna olmaqla, çox az məlumat qalmışdır. 1826-cı ildə Sinqapur ərazisi Böyük Britaniya tərəfindən işğal olundu. 1946-ci ildə, Böyük Britaniya işğalından azad olduqdan sonra, ərazi Malayziyanın tərkibinə daxil olur və 1963-cü ildə Malayziyada ştat statusu alır. 1965-ci ildə dövlət müstəqilliyini elan edir. 1967-ci ildə ASEAN-a üzv olur. 1965-1982- ci illərdə Sinqapurda turizm sürətlə inkişaf etməyə başlamış və hər il ölkəyə 3 mln. nəfər turist gəlmişdir. Ötən əsrin 80- ci illərinin sonlarında illik artım 14-15 faizə qədər çoxalmışdır. 1991- ci ildəki nisbi durğunluqdan sonra, digər Asiya ölkələrində olduğu kimi Sinqapurda da turizm sürətlə inkişaf etməkdə davam edir və ar- tıq illik qəbul 6 mln. nəfərə çatmışdır. Sinqapura gələn əcnəbi turistlərin böyük hissəsini asiyalılar (60) və avropalılar (15) təşkil edir. Çin, Tayvan və Cənubi Koreya, Sinqa- pur üçün sürətlə artan turizm bazarlarıdır. Sinqapur hökuməti, ölkəni gözəl istirahət mərkəzinə çevirmək siyasəti yeritmiş, nəticədə 1989-cu ildə ölkəyə gələnlərin 66,5 faizini öz məzuniyyətlərini burada keçirmək istəyənlər təşkil etmişlər. İşgü- zar səfərlərin payı - 12,8, tranzit turistlərin payı isə 15,5 faiz olmuş- dur. Yaponiya, Tayvan və Almaniyadan gələn turistlər məmnuniyyət- lə burada istirahət edir, Honkonq və ABŞ-dan gələnlər isə işgüzar tu- rizmə üstünlük verirlər. Sinqapurda əhalinin həyat səviyyəsi yüksək olduğu üçün, onlar səyahətlərdə fəal iştirak edir, Sinqapur özü isə digər ölkələr üçün iri turist bazarı rolunu oynayır. 1991-ci ildə 4,8 mln. xarici səfər qeydə alınmışdır (3,2 mln.-u Malayziyaya edilmiş səfərlərdir). 1999-cu ildə xarici səyahətlərin miqdarı 3,9 mln.-adək azalmışdı. Sinqapurlular üçün Malayziyadan sonra ən iri turizm mərkəzləri İndoneziya, Tay- land və Honkonqdur. Onlar olduqları ölkələrdə 3,0 mlrd. ABŞ dolları həcmində pul xərcləmişlər (1999). Hər il Sinqapura 6,5 mln. xarici turist gəlir. Turizm fəa- liyyətindən daxilolmalar ildə 6-7 mlrd.-a yaxın ABŞ dolları həcmin- dədir. 2000-ci ilin məlumatına əsasən Sinqapurda turistlərin qəbulu üçün 35 min mehmanxana nömrəsi mövcuddur. Turizm fəaliyyətin- dən əhalinin adambaşına düşən gəlirə görə Sinqapur dünyada birinci yeri tutur