Tailand krallığı — Hind-Çin yarımadasında dövlət. Monarxiya quruluşuna malikdir. Digər yarımada dövlətlərinə görə nisbətən inkişaf etmişdir. Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası "mələklər şəhəri"dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri olaraq Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən böyük şəhərlərindən biridir.
Tailand 4 ölkə ilə həmsərhəddir – Kamboca, Laos, Myanma vəMalayziya.. Tailand çoxmillətli ölkə olub əhalisinin yarıdan çoxunu tai xalqları təşkil edir. Tailand ərazisində həmçinin laolar, çinlilər, vyetnamlılar, khmerlər və başqa xalqlar da yaşayır. Ölkədə tai dili rəsmi dil kimi qəbul edilmişdir.
2009 – cu ilin aprel ayının əvvəlinə olan rəsmi təxminlərə əsasən Tailandın 66,8 milyon nəfər əhalisi var
Tailand ərazisində ilk dövlətlər I – II əsrlərdə yaranmağa başlamışdır. Tailərin üstünlük təşkil etdiyi ilk böyük dövlət XII əsrin sonu-XIII əsrin əvvəllərində yarandı və Sukotai dövləti adlandı. XIII əsrin ortalarından sonra Tailand ərazisində Siam dövləti yarandı. Ölkə Tailand adını yalnız 1932-ci ildə baş vermiş dövlət çevrilişindən sonra aldı. ailanda buddistlər ölkə əhalisinin 96 faizini təşkil edirlər. Birmada olduğu kimi burada da buddizm özünün txeravad formasında inkişaf edib. Bura siam, kxmer, mon, lao, karen, dağ kxmerlərinin bir qrupu, və digər etnik qruplar daxildir. Buddizimin şimal məktəbi olan maxayanaya Tailandda yaşayan çinlilər, fyetnamlılar və bəzi laolar ibadət edir. Əhalinin 4 faizi müsəlmanlardır (malaylar, tyamlar, Banqladeş və Pakistandan gələnlər), əsasən sünnü-şafii məzhəblidirlər. Az sayda sünnü-hənəfilər və şiələr vardır. Çinləlirin bir hissəsi konfusianlıq və daosizmə etiqad edir. Tailandın əhalisinin kiçik bir hissəsi xristiandır. Xristian missionerləri bura XVI əsrdən çalışsalar da heç bir uğur qazana bilməyiblər. Əhalinin 0,5 faizini təşkil edən xristianlar əsasən Banqokda və ölkənin şimal hissəsində məskunlaşıblar. Katoliklərə(165 min nəfər) tailandda yaşayan vyetnamlılar, eləcə də avroasiyalı metislər arasında rast gəlmək olar. Protestanlar 30 min nəfərdirlər. Taylanda əsasən qonşu Malayziyanın sakinləri səfər edirlər, amma onların səfərləri qısa müddətli (orta hesabla 4,4 gün) olur və çox pul xərcləmirlər. Sonrakı yerləri Yaponiya və Tayvan tutur. Bu ölkələrin turistləri daha uzun müddətə gəlir və daha çox pul xərcləy- irlər. 1990-cı ildən sonra Tayland üçün Asiya və Avstraliya turist ba- zarı zəifləmiş Avropa bazarı isə əksinə artmağa başlamışdır. Böyük Britaniya, Taylandın əsas turist bazarları arasında beşinci yerə qal- xmışdır. Avropalı turistlər nisbətən uzun müddətə (9-14 gün) gəlsələr də, az pul xərcləyirlər. Xarici turistlərin qəbulu üzrə Tayland dünyanın 20 aparıcı ölkəsi sırasındadır. Son 5 ildə, ölkəyə hər il bir qayda olaraq 7 mln. xarici turist gəlir. 1999-cu ildə 8,6, 2000-ci ildə isə 9,5 mln. xarici turistin gəlməsi qeydə alınmışdır. Qeyd edək ki, ölkəyə gələn xarici turistlərin sayı ildən-ilə artsa da, beynəlxalq turizm fəaliyyətindən daxilolmalar çoxalmağa deyil, azalmağa meyl göstərir. Belə ki, bu rəqəm 1996-cı ildə 8,7, 1997-ci ildə 7,0, 1998-ci ildə 5,9, 1999-cu ildə 6,7 mlrd. ABŞ dolları təşkil etmişdir. 2000-ci ilə olan məlumata əsasən Taylandda turistlərin qəbulu üçün 280 min mehmanxana nömrəsi mövcuddur. Taylandın əhalisi xarici turist səfərlərinə o qədər də həvəskar deyil. 1999-cu ildə 1,7 mln. taylandlı turizm məqsədi ilə xaricdə olmuşdur.
Dostları ilə paylaş: |