məsələ təşkilatın yerləşəcəyi məkanın müəyyən edilməsidir.
Hüquqi şəxsin real yerləşdiyi yer onun hüquqi ünvanı, daha
doğrusu onun idarəetmə orqanlarının yerləşdiyi konkret
ünvandır. Praktikada hüquqi ünvan dövlət qeydiyyatından
keçmə müddətinə alınmış əmtəə hesab olunur və təşkilatın real
yeri ilə əlaqəli olmur.
Təşkilatın
yaradılmasına qədər onun nizamnamə
kapitalının heç olmasa yarısı formalaşmalıdır. Bir sıra hallarda,
məsələn, unitar təşkilat yaradılanda nizamnamə kapitalı
qeydiyyata kimi tam ödənilməlidir. Nizamnamə kapitalını pulla
yox, əmlakla da ödəməyə icazə verilir. Belə əmlak üzərində
üçüncü tərəfin hüququ olmamalı, girovda
və ya həbs altında
olmamalıdır.
Dostları ilə paylaş: |