Azərbaycan Dövlət Neft Akademiyası


Əgər  bu  tədqiqatların  nəticələri  kiçik  müəssisə



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə73/81
tarix01.01.2022
ölçüsü0,62 Mb.
#106927
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   81
innovasiya menecmenti

Əgər  bu  tədqiqatların  nəticələri  kiçik  müəssisə 

yaratmaqla  İFN-ın  kommersiyalaşdırmanın  mümkün 

olduğunu  göstərərsə  o  zaman  aşağıdakı  tədbirlər  həyata 

keçirilir: 

- menecment, təşkilatı struktur, istehsal, satış və risklərin 

təhlilini özündə ehtiva edən innovasiya layihəsinin biznes-planı 

tərtib edilir; 

-  kiçik  müəssisənin  potensial  həmtəsisçiləri  ilə  ilkin 

danışıqlar aparılır; 

-  təsisçi  tərəflərin  verəcəyi  töhfələr  (paylar)  müəyyən 

olunur. 

İFN-lər  mühasibat  uçotuna  aşağıdakı  ardıcıllıqla  daxil 

edilir: 


-  təsərrüfat  cəmiyyətinin  təsis  edilməsi  üçün  ilkin  qərar 

qəbul edilir; 

-  sonradan  mühasibat  uçotuna  daxil  etmək  və  ən  aşağı 

sərhəddi müəyyən etmək məqsədilə İFN-nin yaradılması və ya 

alınması üçün xərclər qiymətləndirilir

-  nizamnamə  kapitalına  töhfə  kimi  verilən  İFN-dən 

istifadə hüququ pulla dəyərləndirilir. 

Büdcə  uçotuna  eyni  zamanda  aşağıdakı  şərtlərə  cavab 

verən qeyri-material aktivlər daxil edilə bilər: 

- material-maddi (fiziki) strukturun olmaması; 

-  digər  əmlaka  görə  identifikasiya  edilmə  (ayrılma) 

imkanı; 


-  işlərin  yerinə  yetirilməsində  və  ya  xidmətlərin 

göstərilməsində  və  ya  müəssisənin  idarəetmə  ehtiyatlarında 

məhsulun istifadəsi



 

67 


- uzun müddətli, daha doğrusu 12 aydan çox olan faydalı 

istifadə  və  ya  12  aydan  çox  olarsa  adi  əməliyyat  tsiklində 

istifadə; 

-  bu  aktivin  sonradan  yenidən  satılması  nəzərdə 

tutulmursa; 

- aktivin mövcudluğunu təsdiq edən lazımi qaydada tərtib 

olunmuş sənədlərin mövcudluğu

-  aktiv  üzərində  mütləq  hüququ  təsbit  edən  lazımi 

qaydada tərtib olunmuş sənədlərin mövcudluğu

-  üzərində  mütləq  hüquqları  aktiv  (patent,  şəhadətnamə, 

digər  qoruma  sənədləri)  və  ya  elmi-texniki  fəaliyyətin,  o 

cümlədən  potensial  patent  qabiliyyətli  həllər  və  istehsalat 

sirləri (nou-hau) kommersiya sirri rejimində qorunan hüquqları 

təsdiq  edən  və  lazımi  qaydada  tərtib  olunmuş  sənədlərin 

mövcudluğu. 

Qeyri-material  aktivlər  büdcə  uçotuna  onların  ilkin 

dəyəri ilə daxil edilirlər. 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin