Azərbaycan Dövlət Neft Akademiyası


Məcburi qeyri-mütləq lisenziya



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə79/81
tarix01.01.2022
ölçüsü0,62 Mb.
#106927
növüMühazirə
1   ...   73   74   75   76   77   78   79   80   81
innovasiya menecmenti

Məcburi qeyri-mütləq lisenziya o vaxt verilir ki: 

- patent sahibi patent aldıqdan sonra 4 il ərzində ixtiradan 

heç istifadə etməmiş və ya patentdən və sənaye nümunəsindən 

bu müddətdə kifayət qədər istifadə etməmiş, faydalı modeldən 

isə 3 il müddətində istifadə etməmişdir; 

-  potensial  lisenziat  patent  vermiş  obyekti  istehsalatda 

tətbiq etməyə hazır oldugunu bildirmişdir

-  patent  sahibi  ilkin  razılaşma  əldə  edildikdən  sonra 

lisenziya müqaviləsini imzalamaqdan imtina etmişdir

-  patent  sahibi  obyektdən  istifadə  etmədiyini  və  ya 

kifayət qədər istifadə et-mədiyini sübut edə bilməmişdir. 

Bu sadalanan hallarda patent verilmiş obyektdən istifadə 

etmək istəyən şəxs ali lisenziya palatasına müraciət edərək ona 

məcburi  qeyri-mütləq  lisenziya  verilməsini  xahiş  edə  bilər. 




 

73 


Lisenziyanı  verərkən  palata  verilən  hüquqların  həcmini, 

ölçülərini,  ödəniş  qaydalarını  müəyyən  edir,  bu  zaman 

lisenziyanın dəyəri bazar qiymətindən aşağı olmamalıdır. 

Bütün  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  beynəl-

xalq  mübadilədə  texnologiyaların  və  mülkiyyət  hüquqlarının 

verilməsində intellektual mülkiyyətdə istifadə əvəzinə mükafat 

kimi  “ağılabatan  kompensasiya”  (ağılabatan  royalti)  tələb 

olunur. Ümumi qaydada əgər patent sahibi ilkin olaraq könüllü 

lisenziya  vermişsə,  kompensasiyanın  qiymətləndirilməsi  üçün 

“ağlabatan royalti” tətbiq olunur. 

Lisenziyanın  qiyməti  altında  beynəlxalq  praktikada 

lisenziyanı “alanın” “satana” ödəyəcəyi məbləğ nəzərdə tutulur. 

Onun  hesablanması  lisenziatın  gəliri  əsasında,  royalti 

bazasında və ya kombinə edilmiş əsasda həyata keçirilir. 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin