opsion müqaviləsi imzalayırlar.
Opsion müəyyən şərtlər daxilində və müəyyən müddətdə
alış, satış, icarə kontraktı bağlama hüququnu əldə etməyə
deyilir. İntellektual mülkiyyət satılarkən çox vaxt obyektin
dəyəri və hətta onun kommersiyalı həyata keçirilməsi opsion
müqaviləsi qüvvədə olduğu müddətdə baş verir. Ona görə də
belə müqaviləyə lisenziyadan əvvəlki müqavilə deyilir.
74
Opsion ilkin müqavilədir, qarşılıqlı razılıqla tərəflər
gələcəkdə bu müqavilənin şərtləri əsasında əsas müqaviləni
bağlamaq haqqında öhdəlik götürürlər. İlkin müqavilədə hansı
müqavilənin, hansı şərtlər daxilində və hansı müddətdə
bağlanacağı göstərilir. Əgər tərəflərdən biri əsas müqaviləni
bağlamaqdan imtina edərsə, digər tərəf ona dəyər zərərin
ödənməsi iddiası ilə məhkəməyə müraciət edə bilər.
Opsion texnologiyanın texniki sənəd, sınaq nümunəsi və
s. şəklində verilməsi üçün birdəfəlik ödənişini nəzərdə tutur.
Konfidensiallıq haqqında müqavilədə olduğu kimi texnolo-
giyanın belə verilməsi sınaqdan artıq heç bir istifadəyə hüquq
vermir. Müqavilə qəbul edən tərəfin texnologiyanın üçüncü
tərəfə satmasına icazə vermir.
Opsionun şərtləri səylə formalaşdırılmalıdır, texnolo-
giyanı verən tərəf müqavilədə göstərməlidir ki, əgər üçüncü
tərəfdən daha sərfəli təklif gələrsə, o, texnologiyanı bu tərəfə
satmaq hüququna malikdir.
Lisenziya müqavilələrinin pozulmasına görə tərəflərin
məsuliyyəti mülki qanunvericiliyin ümumi normalarından irəli
gəlir.