Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə2/81
tarix01.01.2022
ölçüsü0,62 Mb.
#106927
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   81
innovasiya menecmenti

GİRİŞ 

 

Elmi-texniki  tərəqqinin  müasir  inkişaf  tempi  insan 

fəaliyyətinin hər bir sahəsində innovasiya xarakterli işləmələrin 

geniş tətbiq olunmasını tələb edir. 

Bu  isə  innovasiya  xarakterli  işləmələri  ərsəyə  gətirən 

alimlərin  və  mütəxəssislərin  fəaliyyət  göstərdiyi  elmi-tədqiqat 

və  layihə-konstruktor  təşkilatları,  ali  təhsil  müəssisələri  və 

hətta  ayrı-ayrı  ixtiraçılar  ilə  bu  işləmələrin  potensial 

istifadəçiləri  olan  sənaye  müəssisələri,  şirkətlər,  firmalar  və 

təşkilatlar  arasında  sıx  əməkdaşlıq  əlaqələrinin  yaradılmasını 

vacib bir məsələ kimi ortaya çıxarır. 

Belə  əlaqələrin  olmaması  innovasiyalı  işləmələrin  istifa-

dəsiz qalmasına, belə işləmələrə ehtiyacı olan müəssisələrin isə 

daim  mütərəqqi  innovasiyaların  axtarışında  olmasına  gətirib 

çıxarır. 

Məhz  bu  baxımdan  innovasiyaların  meydana  çıxdığı  an-

lardan  onların  bilavasitə  istehsalata  tətbiqinə  qədər  proseslərin 

elmi cəhətdən əsaslandırılmış şəkildə idarə olunması aktual bir 

məsələ kimi ortaya çıxır. 

Təqdim edilən “İnnovasiya menecmenti” kursununn təd-

risində  əsas  məqsəd  dinləyicilərə  məhz  bu  proseslərin  idarə 

olunması haqqında biliklər verməkdir. 

Tədris  prosesində  innovasiya  fəaliyyəti  ilə  bağlı  əsas 

anlayışlar,  bu  fəaliyyəti  həyata  keçirən  təşkilatların  formalaş-

dırılması  qaydaları,  dövlətin  innovasiya  fəaliyyətinə  dəstəkdə 

rolu,  onlara  təşkilati  dəstək  formaları,  innovasiya  layihələri, 

innovasiya  biznesinin  təşkili,  innovasiyaların  kommersiyalaş-

dırılması,  innovasiyalı  texnologiyaların  transferi,  intellektual 

mülkiyyət,  onun  üzərində  müəlliflik  hüquqları,  təsərrüfat 

hüquqi  subyektlərin  yaradılma  qaydaları  və  digər  məsələlər 

geniş şərh ediləcəkdir. 



 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin