1. “İNNOVASİYA” ANLAYIŞI
İnnovasiya (yenilik gətirmə)- yeniləşdirmə prosesinin
son məhsulu kimi istehlak bazarına çıxarılan yeni, yaxud
mükəmməlləşdirilmiş məhsul və ya praktikada istifadə olunan
yeni və mükəmməlləşdirilmiş texnoloji prosesdir.
İnnovasiya prosesi (fəaliyyəti)- innovasiya xarakterli
dəyişikliklərin hazırlanmasından və həyata keçirilməsindən
ibarət olaraq qarşılıqlı əlaqədə olan fazaları vahid və bütöv
kompleksdə birləşdirir.
İnnovasiya fəaliyyəti:
– prinsipial cəhətdən yeni və ya yeni istehlak xüsusiy-
yətlərinə malik məhsulun (malların, işlərin, xidmətlərin)
istehsalının yaradılmasına və təşkilinə;
– məhsulun istehsalının yeni texnologiyasının yara-
dılmasına və ya mövcud texnologiyaların mükəmməlləşdiril-
məsinə, onların yayılmasına və istifadəsinə;
– yeni məhsulun (malların, işlərin, xidmətlərin)
istehsalında xərclərin azaldılmasını təmin edən və bunun üçün
şərait yaradan struktur, maliyyə-iqtisadi, kadr, innovasiya və
digər xarakterli yeniliklərin tətbiqinə istiqamətlənmiş işlərin
yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsidir.
Dostları ilə paylaş: |